Türkiyə ordusu daha bir il Livanda qalacaq
Türkiyə Böyük Millət Məclisi (TBMM) ölkə hərbçilərinin BMT-nin Müvəqqəti Qüvvələrinin Livandakı missiyasında iştirak mandatını bir il müddətinə uzadıb. Parlamentdəki səsvermənin nəticələrinə əsasən, Türkiyə hərbçiləri 2024-cü il oktyabrın 31-dək Livnda qalacaqlar.
Qeyd edək ki, sözügedən mandat ilk dəfə 2006-cı ilin sentyabrında TBMM tərəfindən təsdiqlənib. Ankaranın fikrincə, bu addım regional və qlobal miqyasda sülh və sabitliyin qorunması üçün zəruridir.
Xəbər lenti
Yol kənarındakı qanunsuz tikililər sökülüb
Qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlər davam edir