Rəqqasə Fatimə həbs edilə bilər?

08:20 12-10-2023 | icon 607 | Şou-biznes
Rəqqasə Fatimə həbs edilə bilər?

Bakı Apellyasiya Məhkəməsi şairə Nazilə Səfərli ilə rəqqasə Fatimə Fətəliyeva arasındakı mübahisə barədə məhkəmə qərarını icra üçün Nərimanov Rayon Məhkəməsinə gönədrib.

 

Bu barədə “Qaynarinfo”ya Nazilə Səfərlinin vəkili Fuad Bədəlov məlumat verib.

 

Vəkil qeyd edib ki, məhkəmənin qərarına əsasən, Fatimə Fətəliyeva qarşı tərəfə 500 manat təzminat ödəməli və üzr istəməlidir:

 

“Məhkəmə prosesi yekunlaşıb. Bakı Apellyasiya Məhkəməsi rayon məhkəməsinin qərarını qüvvədə saxlayıb və işi icra olunması üçün Nərimanov Rayon Məhkəməsinə qaytarıb. Könüllü icra müddəti 10 gündür. Əgər 10 gün ərzində icra olunmasa, məcburi icra tədbirləri başlayacaq. İcradan yayınması ilə bağlı inzibati məsuliyyət nəzərdə tutulur. Əgər icra olunmasa, cavabdeh cinayət məsuliyyəti daşıyır”.

 

Qeyd edək ki, tərəflər arasında qalmaqal sosial şəbəkədə başlayıb. Nazilə səhifəsində “Bir rəqqasə reklam etdiyim məkanların birinə zəng edib qışqıraraq deyib ki, bizi dəvət etmirsiniz, kobud şairəni reklama dəvət edirsiniz. Əzizim, vaxtında bizim başımızda böyüyümüz olub. Stolların üstündə göbək rəqsi etməyə icazə verməyiblər deyə, incə qala bilməmişik, kobud qalmışıq. Demək istərdim ki, ağır ol, amma ağır olsan dingildədiyin masalar qırılar. Bağışla”, - deyə yazıb. 

 

Fatimə Fətəliyeva bu sözlərin ona ünvanlandığını qeyd edib və Nazilə barəsində isə “Mənim ailəm, oğlum, qızım, yoldaşım, nəslim var. Ona görə də Nazilə Səfərli, ağzını yum, otur yerində. Yadına sal ki, neçə il əvvəl gəlmisən mağazama ərəb rəqsi üçün paltar götürmüsən. Hara getmisən, kim üçün ərəb rəqsi oynamısan, yadına sal. Nazilə Səfərli, ağzını yum otur, mənimlə işin olmasın. Get, öz qabına bax gör, ərim deyə-deyə nə oyundan çıxırsan. Mən ərəb rəqsi oynayıb, ailəmi saxlayıb, uşaq böyütmüşəm”, - deyib.

 

Bundan sonra Nazilə Səfərli məhkəməyə müraciət edib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq