Borcluyuq...

17:59 16-10-2023 | icon 1890 | Köşə
Borcluyuq...

Gözləmirdik... Boynumuza alaq...

 

ÜLVİYYƏ ABIŞOVA

 

Qarabağ bizimdir - bilirdik, əbədi ermənidə qala bilməz - bilirdik, bu torpaqlar alınmalıdı - bilirdik...

 

Qarabağ problemi bir Domokl qılıncı kimi başımızın üzərində dururdu, hər bir azərbaycanlıda şüuraltı belə olsa, bir natamamlıq sindromu vardı - Qarabağ ermənidədi, işğaldadı, həll olunmayan problemimiz var... Bunları bilirdik... Qələbə bizim olmalıdı - bilirdik... Nə zaman?! Burda qəribi ağlamaq tuturdu... İnanmırdıq bu tezliklə - yazmaq istədim... Tez deyil əslində, sözdə asan 30 ildən çox davam edən bir porblem... Bəli, 30 ildən çox davam edən bir dərdin bitməsini, həll olunmasını, Şuşanın, Xocalının, Xankəndinin geri alınacağını bizim görəcəyimizə inam günü-gündən azalırdı... Gözləmirdik... Boynumuza alaq...

 

Şəhidlərimiz, qazilərimiz, əskərlərimiz hesabına oldu - doğrudur. Lakin əsgər "vur" əmri gəlmədən vura bilməz. O əmri verən lazım. O əmri verən Ali Baş komandan oldu. Haqqını vermək lazım. O əsgərə "vur" əmri verə bilmək üçün də o əmri bizə qarşı olan böyük güclər önündə siyasi arenada hüquqi cəhətdən əsaslandırıb, davamızın haqq davası olduğunu isbat etmək üçün zəmin yaradan, vuranda da vura bilmək üçün hərbi qüvvələrimizi gücləndirən də dövlət başçısı oldu. Qarabağı geri alan sərkərdənin adı tarixə yazılacaqdı. Yazıldı...

 

Ağrılıdı-acıdı, lakin qürurludu, şəhidlərimizin qanı əbəs axmadı. Ölüm haqdı. Onların ölümü, şəhadəti Dövlətin qorunmasına, Vətənin işğaldan azad olmasına xidmət etdi. RUHUNUZ ŞAD OLSUN, VƏTƏN OĞULLARI!!! Sizlərin hesabına uğrunda şəhid olduğunuz Vətən torpaqlarını geri alıb, bütövlüyünü bərpa etdik... Hər zaman sizlərə Borcluyuq, hər zaman ağlımızda olmasa da, hər zaman dilə gətirməsək də - Borcluyuq...

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq