“Bu qələbə Ulu Öndərin 100 illik yubileyinə ən böyük töhfədir”

15:32 18-10-2023 | icon 283 | Siyasət
“Bu qələbə Ulu Öndərin 100 illik yubileyinə ən böyük töhfədir”

Sahibə Qafarova: "Prezidentin qaldırdığı Dövlət Bayrağımız bu qədim diyarımızda əbədi dalğalanacaqdır"

 

“Oktyabrın 15-də cənab İlham Əliyevin Xankəndi, Ağdərə, Xocavənd, Xocalı şəhərlərində, Əsgəran qəsəbəsində Dövlət Bayrağını ucaltmasını bütün xalqımız böyük qürurla izlədi. Üç il öncə eyni duyğuları biz Şuşada, Laçında, Ağdamda, Kəlbəcərdə və digər şəhərlərdə bayrağımız yüksələrkən yaşamışdıq”.

 

Versus.Az xəbər verir ki, bunu Milli Məclisin spikeri Sahibə Qafarova deyib.

 

Spiker qeyd edib ki, Prezidentin Xankəndi şəhərində etdiyi proqram xarakterli çıxış onun Ulu Öndər Heydər Əliyev və xalqımız qarşısında bir növ hesabatı idi.

 

“Cənab Prezidentin də dediyi kimi, onun rəhbərliyi ilə 20 il ərzində görülən işlər Azərbaycanın iqtisadi, siyasi və hərbi potensialının artırılmasına, torpaqlarımızın işğaldan azad edilməsinə, xalqımızın firavan həyatının qurulmasına yönəlmişdir. Həyata keçirilən dövlət siyasəti milli maraqlarımızın qorunmasını və irəli aparılmasını təmin etmişdir. Düşmən üzərində qazanılan möhtəşəm qələbə Ulu Öndərin 100 illik yubileyinə ən böyük töhfə olmuşdur”.

 

Spiker Prezidentin öz çıxışında separatçılara havadarlıq edən dövlətlərə, Ermənistanda revanşizm fikrindən əl çəkməyən qüvvələrə mesaj verdiyini bildirərək, onları Vətən müharibəsindən və antiterror tədbirlərindən dərs almağa çağırdığını qeyd edib:

 

“Xalqımız əmindir ki, biz Qarabağa həmişəlik qayıtmışıq, möhtərəm cənab Prezidentin qaldırdığı Dövlət Bayrağı bu qədim diyarımızda əbədi dalğalanacaqdır”.

 

Tahirə Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ağsaqqallıq Allahın təyinatıdır - Firudin Abazəliyev- 72

Əllərin əsməsi təkcə nevroloji deyil, başqa səbəbləri də var

Vəzifə gəldi gedərdir - Firudin Cəlilov- 77

Qarşılıqlı əməkdaşlıq: İmzalanan bəyannamələr, bağlanan sazişlər...

"Gürcüstan inqilaba hamilə deyil"

Bax buna deyərlər SÖZ AZADLIĞININ BOĞULMASI

Sea Breeze Resort-da musiqi mövsümünün AÇILIŞI

ÜMİD ADAM...

“Yeni formalaşan parlament daha aktiv olacaq”

Cəsarət Valehova vəzifə verildi

Rezidenturaya qəbulun NƏTİCƏLƏRİ

Əzizə Cəfərzadənin Turanı - 63

Paşinyan Rusiya kanallarını BAĞLAYACAQ

Azad edilmiş ərazilərdə daha 79 mina AŞKARLANDI

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu BAŞLADI