“Bayrağımız bütün tarixi torpaqlarımızda qürurla dalğalanır”

15:42 18-10-2023 | icon 286 | Siyasət
“Bayrağımız bütün tarixi torpaqlarımızda qürurla dalğalanır”

Ceyhun Məmmədov: "Xalqımız uzun illərdir səbirsizliklə bu günü gözləyirdi"


“Prezident İlham Əliyev Oktyabrın 15-də yenidən Qarabağa tarixi səfər edərək Xankəndi, Xocalı və Xocavənddə Azərbaycan bayrağını yüksəltdi. Çətin oldu, ağır mərhələ və dövrlərdən keçdik, ancaq Prezident İlham Əliyevin rəhbərliyi, prinsipial və qətiyyətli siyasəti nəticəsində Azərbaycan bu ali məqsədinə də nail oldu”.



Versus.az xəbər verir ki, bunu deputat Ceyhun Məmmədov bildirib.

 

Deputat qeyd edib ki, Azərbaycan xalqı uzun illərdir səbirsizliklə bu günü gözləyirdi. Bu gün artıq Azərbaycan bayrağı bütün tarixi torpaqlarımızda qürurla dalğalanır:

 

“Bu gün biz artıq 200 illik tariximizdə, sovet dövründə nəzarətimizdə olmayan ərazilərə nəzarət edirik, həmin ərazilərə sərbəst gedə bilirik. Bütün bu uğurlara Azərbaycan xalqı əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan, Prezident İlham Əliyevin böyük uzaqgörənlik və müdrikliklə davam etdirdiyi siyasət nəticəsində nail olunub. Prezident İlham Əliyev buradan həm Ermənistana həm də onun havadarlarına da çox ciddi mesajlar verdi. Təəssüflə qeyd etmək lazımdır ki, hələ də Azərbaycanın öz ərazisində anti-terror tədbirləri həyata keçirməsini həzm edə bilməyən dövlət və beynəlxalq təşkilatlar ölkəmizə qarşı qərəzli və ikili standartlarla yanaşmalarını davam etdirirlər. Bu gün onları narahat edən həm də məkrli planlarının və xəbis niyyətlərinin qarşısının Prezident İlham Əliyev tərəfindən alınmasıdır”.

 

C.Məmmədov hesab edir ki, son hadisələr bir sıra dövlət və beynəlxalq təşkilatların nə qədər riyakar və ikiüzlü olduğunu bir daha göstərdi. Onun sözlərinə görə, 30 il ərzində xalqımızın başına gətirilən müsibətləri görməməzlikdən gələn, siz müharibə edə bilməzsiniz, işğalla barışın deyən bu dövlət və təşkilatlar indi Azərbaycan əleyhinə bəyanat verməkdə növbəyə düzülüblər:

 

“Görünən odur ki, çox narahatdırlar. Bəs bizim torpaqlar 30 il ərzində işğal altında olanda, yaşayış məskənlərimiz, mədəniyyət abidələrimiz və məscidlərimiz dağıdılanda bu dövlət və təşkilatlar niyə bu qədər narahat deyildilər?

Bu gün həm də Gəncənin ermənilər tərəfindən növbəti dəfə bombalanmasından 3 il ötür. Həmin terror hadisəsi baş verərkən onlar niyə heç bir reaksiya vermədilər? Ermənistan niyə cəzalandırlmadı? Niyə bu ölkəyə qarşı sanksiya tətbiq edilmədi?

Bütün bu təzyiq cəhdlərinə və təxribatlara baxmayaraq Azərbaycanxalqı Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün hədəf və məqsədlərinə nail olacaq”.

 

Tahirə Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ağsaqqallıq Allahın təyinatıdır - Firudin Abazəliyev- 72

Əllərin əsməsi təkcə nevroloji deyil, başqa səbəbləri də var

Vəzifə gəldi gedərdir - Firudin Cəlilov- 77

Qarşılıqlı əməkdaşlıq: İmzalanan bəyannamələr, bağlanan sazişlər...

"Gürcüstan inqilaba hamilə deyil"

Sea Breeze Resort-da musiqi mövsümünün AÇILIŞI

Bax buna deyərlər SÖZ AZADLIĞININ BOĞULMASI

ÜMİD ADAM...

Cəsarət Valehova vəzifə verildi

Rezidenturaya qəbulun NƏTİCƏLƏRİ

Paşinyan Rusiya kanallarını BAĞLAYACAQ

Əzizə Cəfərzadənin Turanı - 63

“Yeni formalaşan parlament daha aktiv olacaq”

Azad edilmiş ərazilərdə daha 79 mina AŞKARLANDI

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu BAŞLADI