Saxta çıxarış dələduzluğu edən şəxslə bağlı QƏRAR

11:47 20-10-2023 | icon 429 | Hadisə
Saxta çıxarış dələduzluğu edən şəxslə bağlı QƏRAR

Ali Məhkəmədə Bakıda dələduzluqda təqsirləndirilən Mikayıl Abdullayevin barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şikayət təmin edilməyib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, beş il müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs olunub.

 

Qeyd edək ki, M.Abdullayev vətəndaşın etibarından istifadə edərək Binəqədi rayonu, Goradil bağlar massivində yerləşən torpaq sahələrinə dair çıxarış alınması üçün sənədlərin düzəldilməsi adı ilə ümumilikdə 46 500 manat pulunu ələ keçirib. O, digər bir şəxsə isə torpağa çıxarış təşkil edəcəyi adı ilə ondan 12 min manat pul alıb.

 

M.Abdullayevə qarşı Cinayət Məcəlləsinin dələduzluq, torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma maddələri ilə ittiham irəli sürülüb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İqtisadi tarazlıq nə zaman pozulur?

Tarixi dostluq və mehriban qonşuluq

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

Xocalıda insan qalıqları AŞKAR EDİLİB

MDU-da ustad dərsləri

Elmira Süleymanova dəfn olundu

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Milli Məclisdən Avropa Parlamentinin qətnaməsinə ETİRAZ

Erməni lobbisi və onların havadarlarından TƏXRİBAT

Jurnalistlərə psixoloji təlim keçirilib

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

Erməni vəhşiliyinin NÖVBƏTİ İZİ

Deputatlar 3 məsələyə görə TOPLAŞDI