12 min il yaşı olan məzar tapıldı

08:22 23-10-2023 | icon 300 | Maraqlı
12 min il yaşı olan məzar tapıldı

Türkiyənin Kahramanmaraş viayətində qədim məzar aşkar edilib.

 

Arxeoloji qazıntıların rəhbəri, Ankara Hacı Bayram Vəli Universiteti Arxeologiya Fakültəsinin alimi Cevdet Merih Erek Onikişubat yaşayış məntəqəsinin çöl sahəsindəki mağarada aparılan işlərin 6 fevral zəlzələsindən sonra daha azsaylı qrupla davam etdirildiyini bildirib.

 

Alimin sözlərinə görə, 2007-ci ildən bəri bölgədə aparılan qazıntılarda üç məzar tapılıb. İlk iki qəbir müvafiq olaraq 2009 və 2019-cu illərdə üzə çıxarılıb.

 

Bu yaxınlarda aşkar edilən üçüncü məzarın isə 12 min il əvvələ aid olduğu güman edilir.

 

“Bu məzar Epipaleolit mədəniyyət dövründə yaşayan insanlara aiddir. Qəbir 90 dərəcə bucaq altında daşdan düzəldilib”, - Erek qeyd edib.

 

“Bu tarixdə yaşayan insanların hansı tayfa adı altında yaşadıqlarını bilmirik. Ona görə də onlara sadəcə ovçu-toplayıcı deyirik. Epipaleolit köçəri həyat tərzi ilə insanların mağaralarda yaşadıqları son dövrdür. Sonralar onlar düzənliklərdə və təpələrdə tikililər tikərək kənd məskənləri salmağa başlayıblar. Bu baxımdan Direkli mağarası Kahramanmaraşda qədimdən yeniyə bəşər tarixinin xronologiyasını tamamlayan makanlardan biridir”, - alim vurğulayıb.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Roza Zərgərlinin 12 min manatlıq TOYU

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR