Qədim Misir məbədində yeni il rəsmi tapılıb

08:27 23-10-2023 | icon 294 | Maraqlı
Qədim Misir məbədində yeni il rəsmi tapılıb

Qədim misirlilərin çəkdiyi yeni il mərasimi tədqiqatçılar tərəfindən Esna məbədinin tavanının yenidən qurulması zamanı aşkar edilib. O təxminən 2200 il əvvəl tikilib və iki min il əvvəl Misir Romanın nəzarətində olduğu dövrdə əsaslı bərpa edilib.

 

Son beş il ərzində Tübingen Universitetinin alimləri Esna məbədinin divarlarını və tavanını təmizləyərkən müxtəlif təsvirlər, o cümlədən qədim zodiaklar, bürclər, mifoloji ilahələr, eləcə də əvvəllər naməlum olan 200-dən çox yazı tapıblar.

 

Çox ehtimal ki, məbəd bir neçə tanrıya həsr edilib. Yeni il rəsmində bir-birinə yaxın yerləşən qayıqlarda Misir tanrıları Orion, Sotis və Anukis, eləcə də onların üstündə axşam səmasını udan səma ilahəsi Nut təsvir edilib. Orion eyniadlı bürc, Sotis iyulun ortalarında qeyd olunan, Yeni ildə Qədim Misir səmasına qayıdan Sirius ulduzunu təmsil edir. İlin bu vaxtında Nilin suyu sahilindən aşıb-daşır. Qədim misirlilər Siriusun səmada görünməsindən təxminən 100 gün sonra Anukis tanrıçasının daşqın suları çəkilməyə məcbur edəcəyinə inanıblar.

 

Komanda digər mövsümi rəsmləri də bərpa edib. Onlardan biri dörd qanadlı şir bədəni və qoç başı ilə təsvir edilib. Yazıya görə, o cənub küləyini, ehtimal ki, yayın qızmar istisini təcəssüm etdirir.

 

Artıq tavanın bərpası başa çatdıqdan sonra komanda divarları və sütunları təmizləməyə başlayıb. Tədqiqat işlərinin təsvirlərin yeni rənglərini və detallarını, o cümlədən geyimlərin və taxtın xüsusiyyətlərini aşkar edəcəyi gözlənilir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq