Fransanın Cənubi Qafqazda silahlı münaqişə MƏQSƏDİ

13:53 24-10-2023 | icon 413 | Siyasət
Fransanın Cənubi Qafqazda silahlı münaqişə MƏQSƏDİ

Elşad Mirbəşir: "O missiya Fransa və Almaniyanın güc strukturlarından təmsil olunub"

 


“Fransa Ermənistanı silahlandırmaqla onu Azərbaycana qarşı revanşa sövq etməkdədir. Ermənistandakı hakmiyyət Qərb tərəfindən formalaşıb və müstəqil siyasət yürüdə bilmir. Ermənistan hakimiyyəti Avropadan, ABŞ-dan gələn təlimatlar əsasında davranır. Havadan müdafiə ilə bağlı sistemlərin Ermənistana verilməsi, Ermənistan hərbi arsenalının yenidən formalaşdırma istəkləri ona dəlalət edir ki, Fransa Cənubi Qafqazda yendən silahlı münaqişənin alovlandırılmasını qarşısına məqsəd qoyub”.

 

Versus.Az xəbər verir ki, bunu Milli Məclisin deputatı Elşad Mirbəşir Fransanın Ermənistana havadan müdafiə sistemlərinin satışı və məqsədləri ilə bağlı açıqlamasında bildirib.

 

Deputat qeyd edib ki, Fransa Ermənistana verdiyi yeni silahları öz sərəncamında saxlayaraq ermənilərin əli ilə istifadə edəcək. Fransanın bu addımı qınanılmalıdır.

 

Deputat bildirib ki, Azərbaycan Prezidentinin iradəsi, dövlətin gücü, qətiyyəti Cənubi Qafqaz regionunun münaqişə potensialını əhəmiyyətli dərəcədə məhdudlaşdırıb. Lakin Fransa Ermənistanı silahlandırmaqla regionun münaqişə potensialının olduğunu nümayiş etdirməkdədir. Bütün bunlara qarşı təxirəsalınmaz addımlar atılmalıdır:

 

“Fransanın sərgilədiyi mövqe bugünə qədərki davranışlarının davamıdır. Fransa işğalçılıq siyasətinin nəticələrini saxlamaq üçün Ermənistana dəstək olub. ATƏT-in Minsk Qrupunun həmsədri kimi münaqişənin tənzimlənməsi ilə deyil, onun idarə olunması ilə məşğul olub. Məqsəd Ermənistana vaxt qazandırıb, uzun müddət işğal altında saxladığı Azərbaycan torpaqlarnın anneksiyasını həyata keçirmək idi”.

 

Deputat qeyd edib ki, Fransanın digər başlıca məqsədi Ermənistandan istifadə edərək, Cənubi Qafqaza müdaxilə imkanlarını genişləndirməkdir:

 

“Təsadüfi deyil ki, Fransa parlamentində müzakirlər zamanı aşkar şəkildə separatizmin dəstəklənməsi ilə bağlı çağırışlar ediridi. Çünki separatizmin olması Fransanın maraqlarına xidmət edirdi. Avropa siyasi dairələrində hər zaman yanaşma ondan ibarət olub ki, Azərbaycan ərazilərindəki ermənilərin vəziyyəti beynəlxalq müxanizmlərin tətbiqi ilə müəyyənləşsin. Beynəlxalq mexanizmlərlə hər hansı bir formada o dövrdə ermənilər yaşayan Azərbaycan ərazilərinə müdaxiləlr etsinlər. Bu, bütün hallarda Avropa dairlərinin geosiyasi maraqlarının xidmət edəcək mexanizm olacaqdı. Avropa İttifaqı Ermənistana mülki missiya göndərdi. Bəlli oldu ki, o missiya Fransa və Almaniyanın güc strukturlarından təmsil olunub. Beynəlxalq mexanizm adı ilə hansısa bir missiya regiona gömdərilə bilərdi. Lakin Azərbaycan prementiv davrandı və öz ərazilərində separatizmin kökünü kəsdi. Fransanın bəzi siyasi dairlərinin əllərindəki alət əhəmiyyətini itirmiş oldu. Azərbaycan ərazisində separatizm yoxdursa, deməli siyasi spekulyasiya üçün patforma yoxdur”.

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qərb iç üzünü GÖSTƏRDİ

Ağsaqqallıq Allahın təyinatıdır - Firudin Abazəliyev- 72

Gömrük idarəsində ƏMƏLİYYAT

“Qarabağ naminə qalib ol!” - MARAFON

Əllərin əsməsi təkcə nevroloji deyil, başqa səbəbləri də var

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmaq istəyənlərin NƏZƏRİNƏ

Kəlbəcərdə ağır QƏZA

Vəzifə gəldi gedərdir - Firudin Cəlilov- 77

Xətai rayon prokurorluğunda “Yaşıl dünya üçün hüquqi yeniliklər”

Təmiz hava təhlükəli xəstəliyin inkişafına kömək edirmiş

Azərbaycanda ilk dəfə Milli Xalça Festivalı keçirilir

Polisdən Abşeronda ƏMƏLİYYAT

“Google”dən rəsmi proqramlarla bağlı YENİLİK

Tarif Şurasının elektrik və qazla bağlı yeni qərarı qiymətlərə necə təsir edəcək?

Beyləqanda dörd narkotacir ələ keçdi