Ana dilim - ƏZƏMƏTİN QƏLƏBƏSİ

16:30 21-02-2019 | icon 864 | Kürsü
Ana dilim - ƏZƏMƏTİN QƏLƏBƏSİ

Sənin azadlığının qorunması uğrunda aparılan mübarizələr

 

MEHRİBAN SADIQOVA

/AXCP sədr müavini/

 

Ana dili. Beşik nəğməm. Dünyaya göz açarkən eşitdiyim ilk söz - Ana...

Bəşəriyyətin yaradıcısı və onun dili. Yaradıcıya bəslədiyimiz münasibətin onun dilində inikas tapması. Hər şeydən doğma və əziz olan ana dilim. Sənin azadlığının qorunması uğrunda aparılan mübarizələr...

 

Babəkinin, Şah İsmayılının səni yadellilərə təslim etməmək əzmkarlığı. Nəsiminin, Nəimininin səni yad ünsürlərdən təmizləmək cəhdləri. Bu, sənin əzəmətinin qələbəsini, tarixinin qədimliyini sübut edir.

 

"Apardı könlümü bir xoş qəməryüz canfəza dilbər" - deyən Həsənoğlunun lirik ricətlərindəki zənginliyi dilin çox- çox əvvəllər mövcudluğundan bəhs edən bu dil Xətainin qoşmalarında, Vaqifin şirin ləhcəsində qorunub saxlandı... Mirzə Fətəlinin dilin və əlifbanın xalqın tarixinin önəmli yerdə olması uğrunda apardığı mübarizələrdə yaşadı bu dil... Mirzə Cəlilin bütün dillərin müqəddəsdir "Anamın dili" deməsi ilə böyüdü bu dil... Sabirin satiralarında sevildi bu dil. Beləcə, yol gəldi əsrlər, illər keçərək.

 

Gündən-günə zənginləşdi və bitkinləşdi bu dil... Bəxtiyarın 27 yaşındaikən ana dilim deyərək, öldürüldüyü "Mərziyə"-nin dilindən dediyi: "Hər millətin ən qiymətli sərvətidir, ana dili" sözlərində yaşadın sən... Və yaşayacaqsan.

"Övladların yer üzünə səpələnsə də, pərən-pərən düşsə də" - Sən onların vəhdəti olacaqsan, doğma dilim.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İqtisadi tarazlıq nə zaman pozulur?

Tarixi dostluq və mehriban qonşuluq

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

MDU-da ustad dərsləri

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Milli Məclisdən Avropa Parlamentinin qətnaməsinə ETİRAZ

Erməni lobbisi və onların havadarlarından TƏXRİBAT

Jurnalistlərə psixoloji təlim keçirilib

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

Erməni vəhşiliyinin NÖVBƏTİ İZİ

Deputatlar 3 məsələyə görə TOPLAŞDI

“WhatsApp”da yeni funksiya istifadəyə veriləcək

“Qeyri-Centlmen İşlər Nazirliyi” "CineMastercard"da