FHN-dən müəssisə və təşkilatlara TƏKRAR MÜRACİƏT

10:03 25-10-2023 | icon 318 | Cəmiyyət
FHN-dən müəssisə və təşkilatlara TƏKRAR MÜRACİƏT

Fövqəladə Hallar Nazirliyinin (FHN) radioloji-gigiyenik pasportların əldə edilməsinə dair müəssisə və təşkilatlara təkrar müraciət edib.

 

Nazirlikdən bildirilib ki, FHN-in Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi ölkə ərazisində nüvə və radioloji fəaliyyət sahəsində təhlükəsizliyin təmin edilməsi istiqamətində üzərinə düşən vəzifələrin icrasını davam etdirir.

 

Belə ki, müvafiq qanunvericiliyə əsasən, müəssisə və təşkilatların radiasiya təhlükəsizliyinə hazırlığının vəziyyəti hər il tərtib olunan radioloji-gigiyenik pasportlarda əks olunur və həmin pasportlara müvafiq məlumatların daxil edilməsi üçün yalnız Fövqəladə Hallar Nazirliyi nümayəndəsinin rəyi tələb olunur. Bu səbəbdən, radioloji-gigiyenik pasportlara rəyin verilməsi üçün radiasiya təhlükəsizliyinin təmin edilməsi üzrə mövcud şəraitin qiymətləndirilməsi məqsədilə müəssisə və təşkilatlar tərəfindən Agentliyə müraciət olunmalıdır.

 

Bununla belə, bir sıra hallarda müəssisə və təşkilatlar həmin rəyin əldə edilməsi üçün aidiyyəti quruma müraciət etmədiyindən və ya qanunvericiliklə müəyyən olunmuş qaydaların tələbləri təmin edilmədiyindən rəyin alınması əlavə vaxt itkisinə və bu istiqamətdə fəaliyyətdə çətinliklərə səbəb olur.

 

Yuxarıda qeyd olunanlarla əlaqədar Fövqəladə Hallar Nazirliyi müəssisə və təşkilatlara təkrar müraciət edərək bildirir ki, radioloji-gigiyenik pasportun əldə edilməsi üçün nazirliyin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinə aşağıdakı səhifədə göstərilən qaydalara uyğun şəkildə müraciət edilməlidir.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Tarixi dostluq və mehriban qonşuluq

İsmayıl Osmanlı - 122

Parlament seçkiləri bu tarixdə keçiriləcək

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Faiq Ağayevə SƏRT QADAĞA

Azad Xankəndinin ilk körpəsi ilə bağlı PAYLAŞIM