""Milli Şura"çılar öz havadarları qarşısında özlərini reklam edirlər"

17:03 21-02-2019 | icon 379 | Siyasət
""Milli Şura"çılar öz havadarları qarşısında özlərini reklam edirlər"

Özünü "Demokratik Qüvvələrin Milli Şurası" adlandıran qurumun mitinqinə icazə verilməməsi və bunun səbəbləri ətrafında süni səs-küy yaratmağa çalışanlar günahı hakimiyyətdə deyil, özlərində axtarmalıdırlar.

 

Versus.Az Trend-ə istinadən xəbər verir ki, bunu açıqlamasında “Səs” Media Qrupunun rəhbəri, siyasi ekspert Bəhruz Quliyev deyib.

B.Quliyev vurğulayıb ki, radikal müxalifətin yanvarın 19-da keçmiş "Məhsul" stadionunda keçirdiyi icazəli mitinqdən sonra təyin olunmuş yerdən kənarda, yəni ictimaiyyətin sıx olduğu yerlərdə asayişi pozmağa yönəlmiş cəhdlər, hüquq-mühafizə orqanlarının əməkdaşlarının qanuni tələblərinə qarşı göstərilən müqavimətlər, həmçinin vətəndaşları öz aksiyalarına zorla cəlb etmək cəhdləri bu gün də müvafiq güc qurumları tərəfindən araşdırılmaqdadır:

 

“Maraqlısı budur ki, bu qanun pozuntularına görə məsuliyyəti nə AXCP sədri Əli Kərimli, nə də “Milli Şura”nın rəhbərliyi öz üzərinə götürür. Halbuki Bakı Şəhər İcra Hakimiyyətinin mitinqə icazə verilməməsi ilə bağlı rəsmi məlumatında da vurğulanır ki, yanvarın 19-da keçirilmiş mitinqdən sonra 200-ə qədər şikayət daxil olub və vətəndaşlar ictimai asayişin növbəti dəfə pozulması cəhdlərindən ehtiyat etdiklərini bildiriblər. Hər halda radikal müxalifət liderləri ən azından belə halların növbəti dəfə təkrarlanmayacağı barədə öhdəlik götürməli, daha öncəki qanunsuzluq hallarının məsuliyyətini qəbul etməliydilər. Amma göründüyü kimi, həm öhdəlik, həm də məsuliyyət məsələsi ortaya çıxanda yaxalarını kənara çəkirlər. Yəni belə cəhdlər bir daha bu cür qənaətə gəlməyə zəmin yaradır ki, radikal və dağıdıcı təfəkkürə malik müxalif liderlər üçün qanun hər zaman arxa planda olub. Sadəcə, onlar növbəti dəfə suyu bulandıraraq havadarları qarşısında öz reklamlarını aparmaqla məşğuldurlar”.

 

Ekspert hesab edir ki, istər Bakı Şəhər İcra Hakimiyyətinin, istərsə də hüquq-mühafizə orqanlarının qərarları qanunamüvafiqdir və araşdırmalar başa çatana qədər “Milli Şura”nın rəhbər şəxsləri gözləməlidirlər:

 

“Əgər mitinq keçirmək istəyən tərəf əvvəlcədən məsuliyyət daşıdığını bildirsəydi, əlbəttə ki, onların aksiyalarına icazə verilə bilərdi. Çünki ölkəmizdə sərbəst toplaşma və ifadə azadlığı mövcuddur və kimlərsə bu qanunları pozmağa çalışacaqlarsa, əsas günah da həmin adamlarda – yəni məsuliyyətdən yaxasını kənara çəkənlərdə axtarılmalıdır. Eyni zamanda, mitinq və aksiyalarda iştirak etməyən vətəndaşların hüquqları da qorunmalıdır".

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

4 kəndin qaytarılmasına Rusiyadan REAKSİYA

Qorqudun Avroviziya 2024 mahnısının TƏQDİMATI