Evdə təhsillə bağlı YENİLİK

21:57 25-10-2023 | icon 395 | Təhsil
Evdə təhsillə bağlı YENİLİK

Sağlamlıq imkanları məhdud uşaqların təhsil aldığı 219 nömrəli evdə təhsil məktəbinin bağlanması iddia edilib.

 

Bu barədə sosial şəbəkələrdə məlumatlar yayılıb.

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Oxu.Az-a bildirilib ki, sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlb olunması və sosial inteqrasiyası məqsədilə onlar üçün təhsilin əlçatanlığının, səmərəliliyinin və bərabərliyinin təmin olunması prioritetdir:

 

“Bu baxımdan 219 nömrəli evdə təhsil məktəbi şagirdlərinin təhsilinin qanunauyğun şəkildə ərazi üzrə ümumi təhsil müəssisələri vasitəsilə təşkili məqsədəuyğundur. Hazırda qeyd olunan məktəb fəaliyyətini davam etdirsə də, evdə təhsilə cəlb olunmuş uşaqların cəmiyyətə adaptasiyası, onlara psixoloji xidmətin göstərilməsi məqsədilə uşaqların yaşayış yerlərinə yaxın məktəb vasitəsilə evdə təhsilə cəlb olunması işlərinin mərhələli şəkildə həyata keçirilməsi nəzərdə tutulur. İlk olaraq 219 nömrəli evdə təhsil məktəbinə sağlamlıq imkanları məhdud yeni uşaqların yönləndirilməməsi, məktəbin sağlamlıq imkanları məhdud şagirdlərinin isə öz məktəblərində evdə təhsillərini davam etdirməsi nəzərdə tutulur. Dərs saatları azalan müəllimlərə digər məktəblərdə uyğun dərs saatlarının verilməsi təmin olunur. Uşaqların müəllimlərə psixoloji bağlılıqları nəzərə alınaraq həmin şagirdlərə öz müəllimlərinin dərs deməsi üçün bütün mümkün köməkliklər göstərilir”.

 

Qeyd edilib ki, növbəti mərhələdə 2024-25-ci tədris ilindən etibarən qeyd olunan sağlamlıq imkanları məhdud şagirdlərin yaşayış yerlərinə yaxın məktəblər vasitəsilə evdə təhsillərini davam etdirməsi məsələsinə baxıldıqdan sonra şagirdlər daha keyfiyyətli təhsillə təmin olunacaqlar:

 

“Pedaqoji kollektiv üzvləri də fəaliyyətlərini davam etdirəcəklər. 219 nömrəli evdə təhsil məktəbinin kollektivi ilə görüşdə də bütün bu məqamlar və qanunauyğun proseslər diqqətə çatdırılıb. Evdə təhsil alan uşaqların sağlamlıq durumları imkan verdiyi halda inklüziv təhsilə cəlb edilmələri də qarşıda duran məsələlərdəndir”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq