Məktəbəqədər təhsilin əhatə dairəsi ARTIRILACAQ

15:59 30-10-2023 | icon 354 | Təhsil
Məktəbəqədər təhsilin əhatə dairəsi ARTIRILACAQ

Azərbaycanda məktəbəqədər təhsilin əhatə dairəsi artırılacaq.

 

Versus.Az xəbər verir ki, bu barədə 2024-27-ci illər üzrə iqtisadi və sosial inkişaf konsepsiyasının əsas prioritetlərində deyilir.

 

Qeyd edilib ki, ölkə üzrə məktəbəqədər təhsilin göstəriciləri inkişaf etdiriləcək. Məktəbəqədər təhsilin məzmunu yenilənəcək, pedaqoji və idarəetmə heyətinin peşəkarlığı artırılacaq. Məktəbəqədər təhsilin keyfiyyətinin təminat sistemi yaradılacaq. Nəticədə məktəbəqədər təhsilə cəlb edilən 1-5 yaşlıların payı 50%-ə çatdırılacaq.

 

Xatırladaq ki, məktəbəqədər təhsil Azərbaycan Respublikasında fasiləsiz təhsil sisteminin ilk pilləsi kimi fərdin, cəmiyyətin və dövlətin maraqları nəzərə alınmaqla davamlı inkişaf etdirilən prioritet fəaliyyət sahəsidir.

 

Məktəbəqədər təhsil vasitəsilə uşaqların erkən yaş dövrlərində əqli, fiziki, yaradıcı potensialının və mədəni səviyyəsinin inkişafı, psixoloji dayanıqlılığı, estetik tərbiyəsi, sadə əmək vərdişlərinə yiyələnməsi, ətraf aləmə, şəxsi sağlamlığın qorunmasına həssas və şüurlu münasibəti, zəruri həyati bacarıqlara yiyələnməsi və şəxsiyyətinin formalaşdırılmasının əsası qoyulur.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq