25-ci dəfə əməliyyat olunan qazimiz ZİYARƏT EDİLDİ

22:40 30-10-2023 | icon 638 | Cəmiyyət
25-ci dəfə əməliyyat olunan qazimiz ZİYARƏT EDİLDİ

Könül İsmayılova: "Şəfalar diləyirəm, tezliklə xeyir işində görüşərik"

 

Nizami rayon İcra Hakimiyyətinin məsul işçisi, Müasir Müsavat Partiyasının Siyasi Şura və İdarə Heyətinin üzvü Könül İsmayılova şəhid anaları və xeyirsevər xanımlarla birlikdə Qarabağ qazisi Taleh Camalovu ziyarət edib.

 

Versus.Az xəbər verir ki, İkinci Qarabağ döyüşlərində qəhrəmanlıqla vuruşan Taleh Camalov 25-ci dəfə əməliyyat olunub.

 

K.İsmayılova qazimizin səhhəti ilə maraqlanıb, qayğılarını dinləyib. O, qazimizə şəfalar diləyərək, tezliklə xeyir işində görüşməyi arzu edib.

 

 

Qeyd edək ki, Taleh Cəbrayılova Füzuli, Cəbrayıl, Suqovuşan, Zəngilan, Xocavənd istiqamətində döyüşlərdə iştirak edib. Xocavənd uğrunda gedən döyüşlər zamanı Taleh Camalov ağır yaralanıb, onun bir ayağı amputasiya olunub, çiyin hissəsində qəlpə yarası var.

 

Taleh Camalov Prezident İlham Əliyevin sərəncamı ilə Füzulinin, Cəbrayılın və Xocavəndin azad olunmasına görə medalları ilə təltif edilib.

 

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Samir yeniliklərlə qayıtdı

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Haaqada Azərbaycanın Ermənistana qarşı qaldırdığı iddianın dinləmələri BAŞA ÇATIB

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Valideynlərin NƏZƏRİNƏ

Tanınmış yazar MHB-yə üzv oldu

Yol kənarındakı qanunsuz tikililər sökülüb

Tünzalə Ağayeva Səməd Vurğunun ev-muzeyini ziyarət edib

Bakı sakinlərinə ŞAD XƏBƏR

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?