Azərbaycanlıların İrəvandakı tarixi irsi haqqında SENSASİON SƏNƏDLİ FİLM

12:30 31-10-2023 | icon 842 | Film
Azərbaycanlıların İrəvandakı tarixi irsi haqqında SENSASİON SƏNƏDLİ FİLM

Son 30 il ərzində Ermənistanın paytaxtında bu şəhərin qurucularını və keçmiş sakinlərini unutdurmağa, azərbaycanlıları xatırladan hər şeyi məhv etməyə çalışıblar.

 

CBC telekanalının çəkiliş qrupu bir neçə həftə ərzində İrəvanda olub və Azərbaycan xalqına aid tarixi və mədəni obyektləri sənədləşdirməyi bacarıb.

 

Çəkilişlər əvvəllər Təpəbaşı məscidinin yerləşdiyi, hazırda isə erməni ailələrinin yaşadığı ərazidə aparılıb.

 

Fransa və Amerika investorlarının məscidin qalıqlarını azərbaycanlıların yaşadığı məhəllə ilə birlikdə sökməyi planlaşdırdığına dair faktlar aşkarlanıb.

 

Çəkiliş qrupu Pənah Xan Makinskinin oğlu Əlixanın evinə də baş çəkə bilib. Kadrlarda bir vaxtlar əzəmətli malikanənin acınacaqlı vəziyyəti əks olunur.

 

Həmçinin əvvəllər Sərdar məscidinin yerləşdiyi ərazidə də çəkilişlər aparılıb. Son vaxtlara qədər məbədi yalnız salamat qalan divar xatırladırdı. Məscidin özü isə ermənilər tərəfindən qəsdən sökülüb.

 

Çəkiliş qrupu İrəvandakı Göy məscidi daxildən və xaricdən lentə alıb, Əmir Səədin məqbərəsinin yerləşdiyi Cəfərabad (indiki adı - Ərgəvənd) kəndində olub.

 

Aparılan işlər nəticəsində məlum olub ki, Ermənistanda Azərbaycan xalqının mədəni irsinə aid obyektlər əsasən dağıdılıb, az sayda salamat qalanlar isə fars abidələri kimi təqdim olunur.
CBC telekanalına müsahibəsində İrəvanın indiki sakinlərinin əksəriyyəti azərbaycanlılar haqqında danışmamağı üstün tutdu və bununla da İrəvanda əvvəllər hansı millətin nümayəndələrinin yaşadığı barədə həqiqəti gizlədib.

 

Müəlliflər azərbaycanlıların İrəvandakı tarixi yaddaşının və mədəni irsinin qorunub saxlanmasının zəruriliyinə diqqət yetirməyə çağırır.

 

Filmin yaradılması CBC telekanalının baş direktoru Vüqar Xəlilovun rəhbərliyi altında həyata keçirilib.

 

Sənədli filmin tam versiyasını təqdim edirik:

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İqtisadi tarazlıq nə zaman pozulur?

Tarixi dostluq və mehriban qonşuluq

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

Xocalıda insan qalıqları AŞKAR EDİLİB

MDU-da ustad dərsləri

Elmira Süleymanova dəfn olundu

Qərbi Azərbaycan İcmasından ABŞ Dövlət Departamentinə CAVAB

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Milli Məclisdən Avropa Parlamentinin qətnaməsinə ETİRAZ

Bakının məşhur məktəbi təmirə bağlanır

Erməni lobbisi və onların havadarlarından TƏXRİBAT

Müsabiqənin qalibinə 10 000 dollar veriləcək

Ağdam Cümə məscidinin bərpadan sonra AÇILIŞI