Pakistanlı həmyerlisini öldürdü

13:53 31-10-2023 | icon 388 | Hadisə
Pakistanlı həmyerlisini öldürdü

 

1 nəfəri qəsdən öldürməkdə, digər şəxsi isə qəsdən öldürməyə cəhd etməkdə şübhəli bilinən şəxs tutulub

 

Abşeron rayon prokurorluğundan Versus.az-a verilən məlumata görə,  oktyabrın 30-da saat 21:30 radələrində 1 nəfərin kəsici-deşici xəsarətlərdən ölməsi, 1 nəfərin isə kəsici-deşici xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

İlkin araşdırma zamanı Pakistan İslam Respublikası vətəndaşı Asad Shabbir Ahmadın Abşeron rayonunun Masazır kəndi ərazisində yerləşən mənzillərdən birində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla 1 nəfər həmvətənlisinə müxtəlif xəsarətlər yetirməsinə, digərini isə öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki şəxsi qəsdən öldürməyə cəhd) maddələrilə cinayət işi başlanıb. Cinayəti törətməkdə şübhəli bilinən Asad Shabbir Ahmad tutulub.

 

Pəri 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

İqtisadi tarazlıq nə zaman pozulur?

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Tarixi dostluq və mehriban qonşuluq

Parlament seçkiləri bu tarixdə keçiriləcək

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Parlament seçkisi ilə bağlı daha bir ANONS

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

RAYS Azərbaycanda piratçılığa qarşı: Hamı ödəməli olacaq!

Xocalıda insan qalıqları AŞKAR EDİLİB

"Quru sərhədinin açılması ilə bağlı məqam hələ yetişməyib"

Elmira Süleymanova dəfn olundu

MDU-da ustad dərsləri

Qərbi Azərbaycan İcmasından ABŞ Dövlət Departamentinə CAVAB

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ