Bakıda artan qarğalar hansı təhlükədən xəbər verir?

15:41 31-10-2023 | icon 245 | Sosial
Bakıda artan qarğalar hansı təhlükədən xəbər verir?

Son zamanlar paytaxt səmasında, eləcə də küçələrdə və parklarda qarğalara daha çox rast gəlinir.

 

Qarğaların bu qədər çoxalması isə park və xiyabanlardan digər quşların və göyərçinlərin uçub getməsinə səbəb olur. Hətta bəzi hallarda qarğaların park və digər məkanlarda uşaqların əlindən qidalarını qoparmağa cəhd göstərdikləri də müşahidə olunur.

 

Maraqlıdır, qarğaların sayının artmasının səbəbi nədir?

 

Elm və Təhsil Nazirliyinin Quru Onurğalıları Laboratoriyasının aparıcı elmi işçisi, biologiya üzrə elmlər doktoru, dosent Tahir Kərimov “İqtisadiyyat.az”a açıqlamasında qarğaların sürətli şəkildə çoxalmasının səbəblərini açıqlayıb.

 

Onun sözlərinə görə, qarğaların sayının artmasının başlıca səbəbi məhdudlaşdıracaq limit amillərinin olmamasıdır:

 

“Yəni qarğanın əti və yumurtası yeyilmir, hər yerdə yuvalaya bilir. O cümlədən hər şey yeyə bilir. Şəhərdə ala qarğanın artması sərçələrin yoxa çıxmasına təsir edib. Ala qarğa hətta sərçələrin həm balalarını, həm də yumurtalarını yeyir. Ona görə də sərçələr daha təhlükəsiz yerlərə gedirlər. Bir sözlə, şəhər mühitində yaşamaq qarğalar üçün çətinlik yaratmır”.

 

T.Kərimov paytaxtda yayılan qarğaların əsasən ala, yaxud boz qarğa növünə aid olduğunu söyləyib. Onun sözlərinə görə, qarğa yeganə quşdur ki, güzgüdə özünü və eləcə də digər adamları da tanıya bilir. Ona görə də qarğalar ən çox Dənizkənarı Milli Parkda çayxanaların, kafelərin ətrafında toplaşırlar:

 

“Qarğa kosmopolit növdür və bu növ quşlar Antraktida və Arktikadan başqa dünyanın hər yerinə yayılıblar. Qarğanın xəstə, zəif quşları sıradan çıxarması əslində insan üçün xeyirdir. Çünki bu, xəstəlik ocaqlarının yaranmasının qarşısını alır. Qarğalar həm quşlar arasında sağlamlaşdırma aparırlar, həm də sağlamları saxlayıb özlərinin gələcək yem bazalarını təmin edirlər. Bütün bunlar elmi sübutlardır. Qarğaların ziyanlı tərəflərinə gəlincə, qarğanı tutmaq, əllə toxunmaq olmaz. Hətta yerə düşmüş qarğa ölüsünü ancaq əlcəklə götürmək olar. Ölü qarğanı bədənə yaxınlaşdırmaq olmaz, çünki insana ektoparazitlər keçə bilər”. /oxu.az/

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

İqtisadi tarazlıq nə zaman pozulur?

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Tarixi dostluq və mehriban qonşuluq

Parlament seçkiləri bu tarixdə keçiriləcək

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Parlament seçkisi ilə bağlı daha bir ANONS

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

RAYS Azərbaycanda piratçılığa qarşı: Hamı ödəməli olacaq!

Xocalıda insan qalıqları AŞKAR EDİLİB

"Quru sərhədinin açılması ilə bağlı məqam hələ yetişməyib"

Elmira Süleymanova dəfn olundu

MDU-da ustad dərsləri

Qərbi Azərbaycan İcmasından ABŞ Dövlət Departamentinə CAVAB

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ