Bakıda II Braziliya Film Festivalı BAŞLAYIB

16:09 31-10-2023 | icon 745 | Film
Bakıda II Braziliya Film Festivalı BAŞLAYIB

Oktyabrın 30-da Bakıda II Braziliya Film Festivalı başlayıb.


Versus.Az xəbər verir ki, festival Linhas Produções Culturais, Braziliyanın Azərbaycandakı səfirliyi və “CinemaPlus” kinoteatrlar şəbəkəsi arasında əməkdaşlıq əsasında keçirilir.

 

Braziliyanın Azərbaycandakı səfiri Manuel Adalberto Karlos Monteneqro Lopes çıxışında festivalın əhəmiyyətindən danışaraq, qeyd edib ki, nümayiş olunan filmlər vasitəsilə Braziliya mədəniyyətini daha yaxından tanımaq mümkündür.

 

Linhas Produções Culturaisin direktoru Fernanda Bulhõesin sözlərinə görə, festivalın əsas qayğılarından biri təkcə yeni filmləri bir araya gətirmək deyil, həm də istehsalın keyfiyyətini və müxtəlifliyini nümayiş etdirən emosiyaların və janrların qarışığını Azərbaycan xalqına təqdim etməkdir.

 

Festvalın açılışında “Eduardo və Monika” romantik filmi nümayiş olundu. Film 80-ci illərdən başlayaraq bir çox nəsillərin xatirəsində silinməz izlər qoyan Braziliya rok qrupunun eyniadlı mahnısına əsaslanır. Rejissoru Rene Sampaio olan “Eduardo və Monika” bir-birindən fərqli, lakin bir-biri üçün doğulan cütlüyün romantikasını göstərir. Onlar mədəniyyət, yaş və hətta zövq müxtəlifliklərinə baxmayaraq, dəlicəsinə aşiq olurlar. Artıq beynəlxalq festivalların qalibi olan filmdə Hollivudda Matt Damon və Jodie Foster ilə “Elysium”, Will Smith və Gabriel Leone ilə “Mən əfsanəyəm” (Eu Sou a Lenda) adlı filmlərdəki işi ilə də məşhur olan Braziliya kinematoqrafiyasının gənc kəşfi, aktrisa Alice Braga çəkilib.

 

Bundan başqa festivalda Eduardo Belmontenin fantastik dramı olan “Həqiqətlər”, Roberto de Oliveiranın “Elis və Tom – Sadəcə səninlə olmalı idi” (sənədli),“Pixinguinha – Nəvazişli adam”, Renato Barbierinin real hadisələrdən ilhamlanan “Pureza” (“Saflıq”),(drama) filmləri nümayiş olunacaq.

 

Ayəndə Dadaşova
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

İqtisadi tarazlıq nə zaman pozulur?

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Tarixi dostluq və mehriban qonşuluq

Parlament seçkiləri bu tarixdə keçiriləcək

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Parlament seçkisi ilə bağlı daha bir ANONS

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

RAYS Azərbaycanda piratçılığa qarşı: Hamı ödəməli olacaq!

Xocalıda insan qalıqları AŞKAR EDİLİB

"Quru sərhədinin açılması ilə bağlı məqam hələ yetişməyib"

Elmira Süleymanova dəfn olundu

MDU-da ustad dərsləri

Qərbi Azərbaycan İcmasından ABŞ Dövlət Departamentinə CAVAB

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ