Müəllimlər əlavələri nə vaxt alacaq?

16:41 01-11-2023 | icon 524 | Təhsil
Müəllimlər əlavələri nə vaxt alacaq?

“Bu il müəllimlərin sertifikatlaşdırılması prosesi qaydalara uyğun həyata keçirildi. Sertifikatlaşdırmadan uğurla keçən müəllimlər məktəbdə qalır, maaşlarına əlavələr alır, uyğun olmayanların isə gələcəkdə əmək müqaviləsinə xitam veriləcək”.

 

Versus.az xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev deyib.

 

O bildirib ki, müəllimlərin sertifikatlaşdırılması prosesi növbəti illərdə də davam edəcək:

 

“Növbəti tədris ilində hansı fənn müəllimlərinin sertifikatlaşdırmadan keçəcəyi yaxın zamanda ictimaiyyətə açıqlanacaq. Sertifikatlaşdırma prosesindən uğurla keçən müəllimlərin əmək haqlarına əlavələr sentyabrdan hesablanacaq. Təhsilverənlər əlavələri oktyabr maaşında alacaqlar”.

 

Xatırladaq ki, oktyabrın 14-dək təşkil olunan sertifikatlaşdırma prosesinin müsahibə mərhələsində 21 min 883 nəfər müəllim iştirak edib. Onlardan 21 min 784 nəfəri uğur qazanıb.

 

Sertifikatlaşdırmadan keçmiş 5246 müəllimin vəzifə maaşına 35 faiz, 17914 müəllimin vəzifə maaşına isə 10 faiz artım tətbiq olunacaq.

 

Sertifikatlaşdırmanın müsahibə mərhələsində iştirak etməyən və ya uğur qazanmayan müəllimlər bir il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmanın müsahibə mərhələsində iştirak etmək hüququna malikdirlər.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

"Almaniyaya səfər məhsuldar keçdi"

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq?

Məhkəmədən Anar Məmmədli barədə QƏRAR

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ

Manyak ƏLƏ KEÇDİ

Sakinlərin NƏZƏRİNƏ

MHB-nin Göyçay rayon təşkilatı təsis olundu

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna START

Tibbi arayışlar elektron formaya KEÇDİ