Mübahisədə atçlan silah bir nəfərin canını aldı

12:02 02-11-2023 | icon 366 | Hadisə
Mübahisədə atçlan silah bir nəfərin canını aldı

 

Versus.az xəbər verir ki, Xəzər rayon prokurorluğundan verilən məlumata görə, Qəsdən adam öldürmə faktı üzrə cinayət işi başlanıb.

 

Verilən məumata görə, noyabrın 1-də saat 17 radələrində Xəzər rayonu, Şağan qəsəbəsi ərazisində 1970-ci il təvəllüdlü Cavanşir Abdullayevin ölməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.

 

Araşdırmalarla 1985-ci il təvəllüdlü Pərviz Xudaverdiyevin aralarında yaranmış mübahisə zamanı odlu silahdan atəş açmaqla Cavanşir Abdullayevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.

 

Pərviz Xudaverdiyev hadisədən sonra könüllü olaraq istintaqa təslim olub və rayon prokurorluğunun qərarı əsasında şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.

 

Versus.az

Pəri

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq