Rusiyaya getmək istəyənlər üçün aeroportlarda yeni TƏLƏBLƏR

11:32 04-11-2023 | icon 514 | Dünya
Rusiyaya getmək istəyənlər üçün aeroportlarda yeni TƏLƏBLƏR

“Rusiyaya gələn miqrantlar aeroportlarda daktiloskopiyadan (barmaq izi) keçəcəklər və fotoları çəkiləcək”.

 

Bu barədə ölkənin Daxili İşlər Nazirliyinin Miqrasiya Məsələləri üzrə Baş İdarəsinin rəisi Valentina Kazakova bildirib.

 

Onun sözlərinə görə, hələlik eksperiment yalnız Moskvada aparılacaq - belə bir təkliflə şəhər rəhbərliyi çıxış edib.

 

DİN-dən vurğulanıb ki, barmaq izlərinin toplanması üçün məcburi prosedur tətbiq edildikdən sonra məlumat bazalarından istifadə etməklə iki mindən çox cinayətin üstü açılıb.

 

Qeyd edək ki, 2021-ci ilin dekabrında qanunvericiliyə edilən dəyişikliklərə görə əmək miqrantları və ölkəyə uzun müddətə daxil olan əcnəbilər mütləq daktiloskopiyadan və tibbi müayinədən keçməli, fotoları çəkilməlidir.

 

Əmək miqrantları 30 gün, digər əcnəbilər isə üç ay müddətində prosedurlardan keçməlidirlər.

 

İstisnalar Belarus vətəndaşları, altı yaşınadək uşaqlar, beynəlxalq təşkilatların vəzifəli şəxsləri, diplomatik və xidməti pasportlara malik olan şəxslər üçündür.

 

Xatırladaq ki, bundan əvvəl Rusiyada miqrantlar üçün qanunların sərtləşdirildiyi barədə məlumat vermişdik. Belə ki, qaydalardan birinə görə artıq vətəndaşlıq üçün təkcə nikah kifayət eləmir, mütləq uşaq da olmalıdır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İqtisadi tarazlıq nə zaman pozulur?

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

Roza Zərgərlinin 12 min manatlıq TOYU

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR