Süni intellekt maraqlı siyahı hazırladı

13:40 06-11-2023 | icon 464 | Maraqlı
Süni intellekt maraqlı siyahı hazırladı

Atatürk sağ olsaydı, bu gün hansı mahnıları bəyənərdi?

 

Türkiyədə “Şişecam” şirkəti cümhuriyyətin 100-cü ildönümündə Mustafa Kamal Atatürklə bağlı xüsusi bir layihəyə imza atıb.

 

Şirkət süni intellekt vasitəsilə “Atatürkün ən çox bəyənəcəyi mahnılar” siyahısını hazırlayıb.

 

Bununla bağlı şirkətdən məlumat verilib.

 

Məlumata görə, şirkət süni intellekt layihəsi üçün musiqi tədqiqatçısı Serhan Bali, Boğaziçi Universitetinin professoru Cem Say, yaradıcı texnoloq Zeynep Nal Sezer, süni intellekt rəssamı Bager Akbaydan ibarət xüsusi qrupla çalışıb.

 

Layihə çərçivəsində ilk olaraq bütün mənbələrdə Atatürkün sevdiyi mahnılar kimi tanınan əsərlər süni intellektə tanıdılıb. Daha sonra süni intellekt bu mahnıları not, diapazon, tərz, söz, temp, tezlik və s. baxımından təhlil edib.

 

Layihənin ikinci mərhələsində Atatürkün “Ən çox bəyənəcəyi” mahnılarını tapmaq üçün yenə süni intellekt tərəfindən minlərlə gözəl mahnı araşdırılıb və onun sevdiyi mahnılara bənzəyənlər sıralanıb.

 

“Şişecam” şirkəti bu layihənin Türkiyə Cümhuriyyətinin müstəqillik və modernləşmə mübarizəsinin lideri Atatürkün musiqi zövqünün dərk edilməsinə töhfə verdiyinə inanır.

 

Süni intellektin hazırladığı siyahıda Şebnem Ferah, Teoman, Zeki Müren, Semiha Yankı, Moğollar, Melike Şahin kimi Türkiyənin tanınmış sənətçilərinin sürpriz mahnıları yer alıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq