Bu gün geomaqnit qasırğası GÖZLƏNİLİR

12:26 06-11-2023 | icon 234 | Cəmiyyət
Bu gün geomaqnit qasırğası GÖZLƏNİLİR

Ötən üç sutka ərzində Günəş aktivliyi yüksək səviyyədə olub, bir neçə M sinif impulsiv alışma baş verib.

 

Bu barədə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumatda deyilir.

 

Qeyd edilir ki, Günəş küləyi parametrlərinin güclənməsi müşahidə olunub. 2-3 noyabr tarixlərində baş vermiş tac kütlə atılmaları (TKA) nəticəsində planetlərarası maqnit sahəsi normadan iki-üç dəfə yüksək olub. Günəş küləyinin sürəti 517 km/saata kimi artıb, sonradan 460-480 km/saata qədər azalıb.

 

“Noyabrın 6-da TKA-nın təsirinin davam etməsi səbəbindən G1 (mülayim) səviyyəli geomaqnit qasırğası müşahidə edilə bilər. Yuxarı en dairələrində isə G2 və G3 səviyyəli maqnit qasırğaları proqnozlaşdırılır. Sonrakı iki gün ərzində də aktivliyin davam edəcəyi ehtimal olunur. 21-25 noyabr tarixləri üçün də G1 (mülayim) səviyyəli geomaqnit qasırğası proqnozlaşdırılır. Maqnit qasırğasının loqarifmik indeksini xarakterizə edən Kp əmsalının orta qiyməti 6-12 noyabr tarixlərində 2-5 intervalında dəyişəcək”, - kafedranın məlumatında deyilir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İqtisadi tarazlıq nə zaman pozulur?

Tarixi dostluq və mehriban qonşuluq

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

Xocalıda insan qalıqları AŞKAR EDİLİB

MDU-da ustad dərsləri

Elmira Süleymanova dəfn olundu

Qərbi Azərbaycan İcmasından ABŞ Dövlət Departamentinə CAVAB

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Gədəbəydə DƏHŞƏT

Milli Məclisdən Avropa Parlamentinin qətnaməsinə ETİRAZ

Təhlükəli xəstəliyin müalicəsi TAPILDI

Bakının məşhur məktəbi təmirə bağlanır

Erməni lobbisi və onların havadarlarından TƏXRİBAT