Zəfər Günüdür

10:26 08-11-2023 | icon 311 | Siyasət
Zəfər Günüdür

Bu gün Azərbaycanda 8 Noyabr - Zəfər Günüdür.

 

Versus.Az xatırladır ki, Prezident İlham Əliyev 2020-ci ilin dekabrın 2-də “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” Sərəncam imzalayıb.

 

Sərəncama əsasən, Vətən müharibəsində misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 10-nun Azərbaycanda Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınıb.

 

Amma bir gün sonra, dekabrın 3-də Prezident 2 dekabr tarixli sərəncama dəyişiklik edib.

 

Prezident İlham Əliyev noyabrın 10-nun Türkiyədə Mustafa Kamal Atatürkün anım günü olduğunu nəzərə alaraq, Zəfər Gününün tarixinin dəyişdirilməsi barədə qərar qəbul edib.

 

Dəyişiklikdə bildirilib ki, Azərbaycanın Qarabağ müharibəsindəki qələbəsi münasibətilə hər il noyabrın 8-i Zəfər Günü kimi qeyd edilsin.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İqtisadi tarazlıq nə zaman pozulur?

Tarixi dostluq və mehriban qonşuluq

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

Xocalıda insan qalıqları AŞKAR EDİLİB

MDU-da ustad dərsləri

Elmira Süleymanova dəfn olundu

Qərbi Azərbaycan İcmasından ABŞ Dövlət Departamentinə CAVAB

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Milli Məclisdən Avropa Parlamentinin qətnaməsinə ETİRAZ

Bakının məşhur məktəbi təmirə bağlanır

Erməni lobbisi və onların havadarlarından TƏXRİBAT

Müsabiqənin qalibinə 10 000 dollar veriləcək

Ağdam Cümə məscidinin bərpadan sonra AÇILIŞI