Ağdam məktəbində ZƏFƏR GÜNÜ

17:33 08-11-2023 | icon 648 | Cəmiyyət
Ağdam məktəbində ZƏFƏR GÜNÜ

Ağdam rayonu 71 nömrəli tam orta məktəbdə Zəfər günü münasibəti ilə "Zəfərimiz - şanlı tariximiz!" adlı tədbir keçirilib.

 

Versus.Az xəbər verir ki, öncə şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edilib.

 

Sonra tədbiri giriş sözü ilə məktəbin direktoru, ehtiyatda olan zabit Vasif Eyvazov 44 günlük müharibədə canlarından keçən igidlərimizin qəhrəmanlıqlarından, Ali Baş Komandanın uğurlu siyasəti və ordumuzun gücündən, dönməzliyindən danışıb.

 

Tədris işləri üzrə direktor müavini Konul Aliyeva və təşkilatçı Gülnarə Tağıyeva da çıxışlarında ordumuzun keçdiyi şanlı döyüş yolundan bəhs ediblər.

 

Tədbirə Vətən müharibəsi iştirakçıları - qaziləri Sərxan Əliyev, Seyfulla Niftalıyev, Vətən müharibəsi veteranı Ramiz Yusubov da dəvət olunmuşdular. Onlar 44 gün davam edən müharibədə üzləşdikləri çətin anlardan, qızğın döyüşlərdən söz açaraq xatirələrində olanları tədbir iştirakçıları ilə fəxrlə bölüşüblər.

 

Daha sonra çıxış üçün söz "Aytam" Uşaqların Mədəni Maarifləndirilməsi İctimai Birliyinin rəhbəri Aygün Zamanlıya verilib.

 

Tədbirdə həmçinin Azərbayan Jurnalistlər Birliyinin üzvü, “Kredo” qəzetinin redaksiya heyətinin üzvü və ictimai müxbiri, gənc şair-publisist Sevindik Nəsiboğlu da iştirak edib. Gənc şair çıxış edərək müəllifi olduğu şeirini söyləyib, nəşr olunmuş kitablarından məktəbə hədiyyə olaraq bağışlayıb.

 

Tədbirin bədii hissəsi Ağdam rayonu 71 nömrəli tam orta məktəbin şagirdlərinin çıxışları və "Aytam" Uşaqların Mədəni Maarifləndirilməsi İctimai Birliyinin istedadlı üzvləri - Bəliyarlı Ayxan, İsgəndərov Amil, Məmmədov Nahid, Mövliyev Mirzəcanın ifalarında musiqi nömrələri ilə davam edib.

 

Sonda tədbir iştirakçıları məktəbin rəhbərliyi tərəfindən təşəkkürnamə və fəxri fərmanla təltif olunublar.

 

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İqtisadi tarazlıq nə zaman pozulur?

Tarixi dostluq və mehriban qonşuluq

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

MDU-da ustad dərsləri

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Milli Məclisdən Avropa Parlamentinin qətnaməsinə ETİRAZ

Erməni lobbisi və onların havadarlarından TƏXRİBAT

Jurnalistlərə psixoloji təlim keçirilib

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

Erməni vəhşiliyinin NÖVBƏTİ İZİ

Deputatlar 3 məsələyə görə TOPLAŞDI

“WhatsApp”da yeni funksiya istifadəyə veriləcək

“Qeyri-Centlmen İşlər Nazirliyi” "CineMastercard"da