"Bayrağımız daim yüksəklərdə dalğalansın"

08:26 09-11-2023 | icon 416 | Siyasət
"Bayrağımız daim yüksəklərdə dalğalansın"

Könül İsmayılova: "Bəlkə də bayrağını bizim qədər sevən başqa xalq yoxdur"

 

"Üçrəngli ay-ulduzlu bayrağımız, qürur mənbəyimiz bu gün yalnız Azərbaycanda deyil, ölkəmizin hüdudlarında da dalğalandırılır. Hər qələbəmiz, hətta ən xırda hesab edilən bir uğurumuz da bayrağımızın yüksəyə, başımız üzərinə qaldırılması ilə sevincimiz dünyaya bəyan edilir. Bu gün məhz o gündür - 9 Noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü".

 

Versus.Az xəbər verir ki, bunu Nizami rayon İcra Hakimiyyətinin məsul işçisi, Müasir Müsavat Partiyasının Siyasi Şura və İdarə Heyətinin üzvü Könül İsmayılova 9 Noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ilə bağlı təsüratlarını bölüşərkən deyib:

 

"Ümummili liderimiz Heydər Əliyevin bayrağımıza sevgi ilə bağlı söylədikləri də Qarabağımızla bağlı söylədikləri kimi həyata keçir. “Gərək hər bir evdə Azərbaycan Dövlətinin Bayrağı olsun, hər bir ailə Azərbaycan bayrağına itaət etsin. Bu bayraq tək rəsmi yerlərdə yox, idarələrdə, küçələrdə, saraylarda, məktəblərdə yox, gərək hər bir ailənin həyatının əziz bir hissəsi olsun.” – demişdi Ulu Öndər. Bu gün hətta bağça yaşı belə çatmayan körpələrimiz üçrəngli bayrağımızı, gerbimizi görəndə sevinclə göstərib “bax, Azərbaycan”- deyir. Bu körpələrin dilindən şirincə səsləndirilən Azərbaycan himnini eşitmək bir başqa duyğulandırır insanı. Bu o anlama gəlir ki, gəncliyimiz dövlət atributlarımıza – bayrağımıza, himnimizə, gerbimizə doğuluşdan bağlıdır. Bu sevgilərin fonunda dövlətimiz, vətənimiz hər zaman seviləcək, düşməndən qorunacaq".

 

K.İsmayılova qeyd edib ki, bu gün demək olar ki, azərbaycanlı olan bütün evlərdə bayrağımız var:

 

"Uşaqdan böyüyə bütün insanlarımızın bayrağımıza olan münasibətindən dolayı düşünürəm ki, bəlkə də bayrağını bizim qədər sevən başqa xalq yoxdur.

2009-cu il noyabrın 17-də Prezident İlham Əliyev tərəfindən imzalanan Sərəncamla hər il noyabrın 9-u Dövlət Bayrağı Günü kimi qeyd edilir. Bayraq günündə Dünya Azərbaycanlılarımız bu günü xüsusi qeyd edir. Bu həm də həmin ölkələrin xalqlarının da Azərbaycanın bayraq günü ilə bağlı məlumat əldə etməsi deməkdir.

Cənab Prezident İlham Əliyevin də dediyi kimi, - “Bayrağımız eşidilən səsimiz, duyulan nəfəsimizdir. Bizim bayrağımız qürur mənbəyimizdir. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir”.

Bəli, biz bu sadiqliyi, sevgini Qarabağ müharibəsində torpaqlarımızı işğaldan azad edən əsgərlərimizin Azərbaycan bayrağını necə qürurla tarixi torpaqlarımızda dalğalandırmasında da gördük.

Qoy bu bayraq daim yüksəklərdə dalğalansın! Bayraq Günümüz mübarək!"

 

PƏRİ
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

Roza Zərgərlinin 12 min manatlıq TOYU

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR