“Amerika, Qərb üçün Ukraynada baş verənlərin önəmi yoxdur”

09:10 09-11-2023 | icon 1027 | Geopolitika
“Amerika, Qərb üçün Ukraynada baş verənlərin önəmi yoxdur”

Rəşad Bayramov: "Qərbin Ukraynanı yarıyolda qoyacağı əvvəldən də məlum idi"

 

“Qərbin Ukraynanı yarıyolda qoyacağı əvvəldən də məlum idi. Çünki nə ABŞ, nə də kollektiv Qərb heç vaxt müttəfiqlərini sonacan dəstəkləməyib. lkin mərhələdə dəstək verib bir qüvvəni başqa qüvvəyə qarşı qoyandan sonra geri çəkiliblər. Rusiya-Ukrayna müharibəsində də eyni hadisəyə şahid oluruq”.

 

Versus.Az xəbər verir ki, bunu politoloq Rəşad Bayramov Qərbin Ukraynaya münasibəti ilə bağlı şərhində bildirib.

 

Ekspert bildirib ki, ABŞ və onun Avropa İttifaqında olan müttəfiqlərinin qarşısında duran birinci vəzifə Rusiyanı bataqlığa çəkmək, sanksiya tətbiq etməklə iqtisadiyyatını zəiflətmək və çökdürməkdən ibarət idi. İkinci məsələ NATO-nun Rusiya sərhədlərində möhkəmlənməsindən ibarət idi. ABŞ- bütün Avropanı Rusiya ilə qorxudaraq yenidən öz ətrafında cəmləməsinə nail olmaq niyyətini də güdür. Bunlar hamısı baş verib.

 

Ekspert hesab edir ki, ABŞ-a, Avropaya lazım olan Rusiyanın sərhədlərinə yaxınlaşmaq idi. Rusiya Ukraynanın NATO-ya girişinə maneə olmağa müvəffəq olsa da, əvəzində Fillandiya NATO-ya üzv oldu və beləliklə NATO sərhədləri böyüdü:

 

“Rusiya Ukrayna ilə müharibəyə başlamaqla faktiki bataqlıqdadır. Rusiyaya qarşı tətbiq olunan misli görünməmiş sanksiyalar onun iqtisadiyyatını ağır duruma salıb. Növbəti ildən Avropa ölkələrinin Rusiyadan qaz, neft alışını  dayandırması vəziyyəti daha da dramatikləşdirəcək.

Ukraynanın  müharibədə canlı qüvvə, dinc insanını itirməsi, infrastrukturunun dağıdılması, ərazilərinin bir hissəsinin əlindən çıxması və xarici ölkələrə borclanması ilə çıxılmaz vəziyyətə düşüb. Rusiya da cəbhədə istəyinə nail ola bilmədi. Müharibənin uzanması ilə hərbi qüdrətinin mübahisə yaratdı. Bu müharibədə qazanan tərəfin ABŞ və Qərb oldu. Avropa və Qərb istəklərinə çatandan sonra əlavə xərc çəkib Ukraynanı silah-sursatla təmin etməkdə maraqlı deyil. Amerika, Qərb üçün Ukraynada nə baş verməsinin bir o qədər də önəmi yoxdur. Onlara lazım olan Rusiyanı uçuruma salmaq idi. ABŞ senatı bəhanə eləməklə yardımı dayandırdı. Digər ölkələr də "imkanımız yoxdur” və yaxud “hərbi arsenalımız əlavə qüvvə göndərməyə imkan vermir" deyib, kənara çəkiliblər. Bunlar əvvəldən planlaşdırılmışdı. İndi yaxın Şərqdə baş verənlər bəhanəsi ilə İsrailə kömək etməyin vacib olduğunu əsas gətirən Qərb özü kənara çəkilib Ukraynanı danışıqlara getməklə bağlı təkliflər verir”.

 

R.Bayramov hesab edir ki, müttəfiqləri yem kimi irəli verməsi ABŞ və Qərbə yaxşı heç nə vəd etmir. Onun fikrincə, bu siyasəti sonda onları təklənmiş vəziyyətə gətirib çıxaracaq, güvənini itirəcək.

 

LƏMAN
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İqtisadi tarazlıq nə zaman pozulur?

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Roza Zərgərlinin 12 min manatlıq TOYU

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR