“Zəfər Günü, Bayraq Günü vahidlik təşkil edir”

15:41 09-11-2023 | icon 307 | Siyasət
“Zəfər Günü, Bayraq Günü vahidlik təşkil edir”

Aydın Mirzəzadə: “Azərbaycan yeni siyasi hərbi, doplomatik reallıq yaratdı"

 

“Şuşanın işğaldan azad edilməsi Azərbaycan-Ermənistan münaqişəsində çox ciddi bir dönüş nöqtəsi oldu”.

 

Versus.Az xəbər verir ki, bunu deputat Aydın Mirzəzadə 8 Noyabr - Zəfər Günü və həmin ərəfələrdə baş verən mühüm hadisələrə diqqət çəkərkən bildirib.

 

A.Mirzəzadə qeyd edib ki, Azərbaycan Şuşanın azad olunmasına qədər artıq Ermənistan tərəfindən işğal olunan ərazilərin əhəmiyyətli bir hissəsini azad etmişdi:

 

“Ermənistan Azərbaycanın hərbi gücünə tab gətirmir, işğal etdiyi ərazilərdə olan hərbi kontingenti və Ermənistanda böyük çaşqınlıq yaratmışdı. Ən əsası ermənilərin Azərbaycan torpaqlarının Ermənistan torpaqları olması ilə bağlı iddiaları darmadağın edilirdi”.

 

A.Mirzəzadə 8 Noyabr Zəfərindən cəmi 2 gün sonra imzalanan üçtərəfli bəyannaməyə diqqət çəkib və Ermənistanın daha 3 rayonu hərbi əməliyyatlar olmadan azad etməklə bağlı öhtəliyini qeyd edib. Deputat bildirib ki, məhz bununla da Azərbaycan özünün ərazi bütövlüyünə olan inamını reallıqda ortaya qoydu:

 

“Azərbaycan yeni bir siyasi hərbi, doplomatik reallıq yaratdı. Ermənistnın Azərbaycanın ərazi bütövlüyünü tanıması üçün bir çox çiddi öhtəliklər götürməsinə nail oldu. 8 noyabr Şuşanın azad olunması günü, Azərbaycanda Zəfər Günü kimi qeyd edilir. Hər il 8 noyabrda Azərbaycan xalqı Şəhidlərin ruhunu hörmətlə xatırlayır, müharibə iştirakçılarına öz ehtiramını göstərir və yeni dönəmdə Azərbaycanın qüdrətinin simvolu olan Zəfər Bayramını böyük təntənə ilə qeyd edir”.

 

A.Mirzəzadə bildirib ki, 8 noyabr Şuşanın işğaldan azad edilməsi və 10 noyabr üçtərəfli bəyannamə Azərbaycanın suverenliyinin bərpa edilməsində çox ciddi rol oynadı:

 

“Əgər Ermənistan Qarabağ torpağının Ermənistana aid olduğunu iddia edirdisə, Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan imtina edirdisə, 10 noyabr 2020-ci ildən sonra Proseslər artıq Azərbaycanın bütün əraziləri üzrə suverenliyinin bərpa edilməsi istiqamətində getdi. Sonradan bir sıra yüksəkliklərimizin nəzarət altına götürülməsi, Laçın sərhəd keçid məntəqəsinin qurulması və 1 günlük antiterror əməliyyatı bir daha sübut etdi ki, Azərbaycan tam qələbə qazanmaqda israrldır və torpağının bir qarışını heç kimə güzəştə getməyəcək”.

 

A.Mirzəzadə 8 noyabr zəfər gününüdən sonra 9 noyabr dövlət bayrağı gününün gəlişini təsadüfi saysa da, bu tarixləri bir-birinə yaxın, vahid tamın hissələri adlandırıb:

 

“Bayraq bizim adımız, kimliyimiz, möhtəşəm, şanlı tariximizin göstəricisidir. “Zəfər günü”, Bayraq Bayramı vahidlik təşkil edir. Bu 2 gün ərzində Azərbaycan xalqı özünün müstəqilliyi, özünün qüdrətli dövləti, qəhrəman silahlı qüvvələri, görkəmli lideri ölkə prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin düşünülmüş daxili-xarici siyasətinin təntənəsi ilə bir daha fəxr edəcək”.

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

Roza Zərgərlinin 12 min manatlıq TOYU

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR