“10 noyabr sənədini o qədər də uğurlu saymıram”

15:58 09-11-2023 | icon 305 | Siyasət
“10 noyabr sənədini o qədər də uğurlu saymıram”

Natiq Miri: “Bu prosesləri Zəfərə daşıyan Azərbaycan dövləti, ordusu oldu”

 

“10 noyabr bəyannaməsi Azərbaycanın 3 rayonu - Ağdam, Laçın və Kəlbəcəri qansız azad edib geri qaytarmaqdan başqa heç bir xeyirli işə yaramadı. Əksinə, prosesin uzanması üçün hər zaman əngəl xarakteri daşıdı və Azərbaycanın enerjisini bərpa və quruculuq işlərindən digər məsələlərə yönəltməsinə şərait yaratdı. Bu baxımdan 10 noyabr sənədini o qədər də uğurlu saymıram”.

 

Versus.Az xəbər verir ki, bunu siyasi ekspert Natiq Miri 8 Noyabr - Zəfər gününə gedən yolda Azərbaycanın hansı reallıqlara imza atması ilə bağlı açıqlamasında bildirib.

 

N.Miri 10 noyabr sənədinin öz qüvvəsini itirməsini Ermənistan tərəfindən yerinə yetirilməyən bəndlərə diqqət çəkməklə qeyd edib:

 

“10 noyabr sənədinin bəhrəsindən danışmaq mümkün deyil”

 

“10 noyabr sənədinin 6-cı bəndində Laçın dəhlizinin “dəhliz statusu”nda fəaliyyət göstərməsi nəzərdə tutulmuşdu. Məhz bu statusla fəaliyyət göstərən yoldan bu illər ərzində bitərəfli qaydada ermənilərin Qarabağdakı qanunsuz silahlı birləşmələrinin silah-sursat təminatına şərait yaradıldı. Eyni zamanda əlavə terrorçuların, digər ölkələrdən gələn hərbi mütəxəssislərin heç bir maneəyə rast gəlmədən Qarabağa gəlib-getməsinə şərait yaratdılar. Bu, illər ərzində Qarabağın digər bölgələrinin minalanmasına şərait yaratdılar ki, bu günə qədər də bunun acı nəticələrini yaşamaqda davam edirik. Çünki minalanmış ərazilərdə 2021-22-ci illərdə Ermənistanda istehsal olunmuş minalar aşkar edilir. Demək, 10 Noyabr Bəyanaməsinin bu bəndi də Azərbaycan dövlətinin əleyhinə işləyib.

Laçın dəhlizi satatusundan istifadə edərək erməni havadarları, xristian dünyası Azərbaycanın üsütünə gəldi. Azərbaycana təzyiq etdilər. Bu təzyiqlər fonunda Azərbaycan çox böyük enerji sərf etmək məcburiyyətində qaldı. Ən nəhayət, qanunsuz erməni silahlı birləşmələrinə daşınan qanunsuz silah-sursatın, eyni zamanda Azərbaycan ərazisində faydalı qazıntıların mənimsənilərək oğurlanmasının qarşısını almaq üçün QHT çərçivəsində müəyyən etiraz dalğası da yarandı. İnsanlarımız o şaxtalı günlərdə böyük mərhumiyyətlərə, çətinliklərə dözərək terrorçulara silah-sursatın daşınmasının qarşısını almağa şalışdı. Ən nəhayət, aprel ayında Azərbaycan qətiyyətli siyasi qərar verməklə öz ərazi bütövlüyünü təmin edəcək Laçın sərhəd keçid məntəqəsini yaratdı. Bu da çox böyük ajiotaj yaratdı və Azərbaycana ciddi hücumlar oldu.

10 noyabr sənədinin 4-cü müddəası rus hərbi kontingentinin Qarabağa gəlməsinə paralel olaraq 2 ay ərzində qanunsuz erməni birləşmələrinin Qarabağdan çıxarılmasını təmin etməli idi. Ancaq 3 ilə yaxın bu təmin edilmədi. Rus hərbi kontingenti bunu bacarmadığı üçün deyil, istəmədiyi üçün etmədi. Çünki Rusiya Qarabağa uzunmüddətli gəldiyini düşünürdü və özünün geosiyasi maraqları kontekstində Qrabağda öz varlığını təmin etmək istəyirdi”.

 

N.Miri bu xüsusda 2023-cü il sentyabrın 19-a qədər qanunsuz erməni silahlı birləşmələrini qoruyan, bəsliyən məhz Rusiya hərbi kontingentinin olduğunu qeyd edib. Ekspert bildirib ki, bu illər ərzində hər zaman Azərbaycanın ərazi bütövlüyü və suverenliyi gözardı edilərək, Qarabağ inzibati vahidi "Dağlıq Qarabağ", Xankəndi "Stepanakert" və digər bölgələr qondarma erməni toponimləri ilə səsləndirilib:

 

“Əlbəttə ki, bu, Azərbaycan cəmiyyətinin əsəbi ilə oynayan bir davranış idi. 9-cu bənddə Zəngəzur dəhlizinin maneəsiz açılması və keçidin Naxçıvana qədər təmin olunması məsələsi var idi ki, biz bunun da icrasını görmədik.

7-ci müddüəya əsasən Qarabağdakı ermənilər necə ildırım surəti ilə Ermənistandan Qarabağa daşındısa, bu bölgələrdə xüsusilə Xankəndi, Kərkicahan və digər yerlərdə, Xocalıda yaşamış qarabağlıların geriyə qayıdışı təmin olunmadı. Ona görə də 10 noyabr sənədindən danışmaq yersizdir. 10 noyabr bəyanatı yalnız üç rayonun bir güllə atılmadan geri qaytarılması hadisəsini yaratdı. Bu da bir məcburiyyət, yəni Azərbaycan ordusunun atəşi dayandırmasının bədəli idi. Ermənistan ordusu üçün başqa yol yox idi. 25 min Ermənistan ordusu o zaman mühasirə vəziyyətinə düşürdü ki, bundan çıxış yolu məhz atəşkəsin təmin olunması idi. Bu üç rayon bu xüsusda geri qaytarıldı”.

 

N.Miri bildirib ki, Azərbaycanı bu gün qələbələrə, zəfərə  gətirən Azərbaycan rəhbərliyinin qətiyyətli siyasi iradəsi və Azərbaycan əsgərinin qəhrəmanlığı oldu:

 

“Zamanında birtərəfli qaydada sərhəd keçid məntəqəsini yaratdıqsa, 2021-22-ci il sentyabr ayları və 19 sentyabr 2023-cü ilə qədər erməni təxribatlarına cavab verməklə qısa müddətli hərbi əməliyyatlar keçirtdik. Bu da ən strateji yüksəkliklərdə mövqe tutmağa və bütün Ermənistan ərazisini nəzarətdə saxlamağa imkan verdi. Məhz bu yüksəkliklərin əldə olunmasının nəticəsi idi ki, biz bir gün ərzində antiterror tədbirini müvəfəqiyyələ başa çatdıra bildik. Bütün bu prosesi Zəfərə daşıyan Azərbaycan dövləti, ordusu oldu. Ona görə 10 noyabr sənədinin nailiyyətindən, bəhrəsindən danışmaq mümükün deyil”.

 

“Bu gün üçrəngli bayrağımız Bayraq günündə haqq etdiyi yerdədir”

 

N.Miri qeyd edib kİ, Azərbaycan ictimaiyyəti bu günlərdə böyük tarixi bir proses yaşayır. Onun sözlərinə görə, məhz 9 noyabr bayraq günü ərəfəsində Azərbaycan prezidenti Xanın kəndində üzərində daim dalğalanacaq və bir daha endirilməyəcək müqəddəs üçrəngli bayrağını başının üzərinə qaldırdı:

 

“Bu tarixi bir hadisədir. Düşünürəm ki, bizim insanlar bunun mənəvi yükünü hələ ki, üzərilərində o dərəcədə hiss etmirlər. Ancaq əmin olun ki, 100 illər keçəcək Azərbaycan gəncliyi, insanları bunu kitablardan oxuyanda dövləti, əsgəri ilə qürur duyacaqlar. Buna inanıram. Çünki biz zaman-zaman tarix kitablarında torpaq itkilərindən, məğlubiyyətlərdən oxumuşuq. Bu, milət üzərində bir məyusluq, natamamlıq kompleksi yaradıb. Son 200 ildə ilk dəfə idi ki, Azərbaycan 2020-ci ildən başlayaraq işğaldakı torpaqlarını geri qaytarır. Bu proses davamlı olacaq. Dünən 7 rayonda qaldırılan bayraqlar bu gün artıq Şuşadan sonra Xanın kəndində, Azərbaycanın mənəvi ağrısının simvoluna çevrilən Xocalıda qaldırılıb. Bütün bu günlər məhz 9 noyabr Bayraq gününüə təsadüf edir. Bu gün Azərbaycanın üçrəngli bayrağı Bayraq günündə haqq etdiyi yerdədir. İlk dəfə olaraq Bayraq gününü sözün əsl mənasında öz yerində, Xankəndidə, Xocalıda və Qarabağın ən gözəl guşələrində dalğalanan Azərbaycan bayrağının fonunda keçirəcəyik. Bu sözün əsl mənasında əsl bayraq günüdür. İnanıram ki, bu bayraq bir daha endirilməyəcək şəkildə qaldırılıb. Allah bu zəfərimizi davamlı etsin, bayrağımız uzalarda dalğalansın!”

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Roza Zərgərlinin 12 min manatlıq TOYU

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR