Bütövlükdə Şərq, Qərb dünyası üçün tarixi əhəmiyyətli GÜNLƏR

16:12 09-11-2023 | icon 332 | Siyasət
Bütövlükdə Şərq, Qərb dünyası üçün tarixi əhəmiyyətli GÜNLƏR

Qasım Hacıyev: “Zəfərimiz regionda yeni düzənin meydana gəlməsinə səbəb oldu”

 

"8 Noyabr - Zəfər Günü Azərbaycan xalqına və bütün Türk Dünyasına çox böyük uğur gətirdi. İndiyə qədər olan münaqişələrə son qoyulmaqla böyük tarixi proses başa çatdı. Bu gündən sonra Türk Dünyasının, bütün türksevər, Azərbaycanı sevən xalqların həyatında yeni bir dövr başlandı".

 

Versus.Az xəbər verir ki, bunu tarixçi alim Qasım Hacıyev 8 Noyabr - Zəfər Gününün Azərbaycan, region üçün tarixi əhəmiyyəti ilə bağlı şərhində bildirib.

 

Q.Hacıyev qeyd edib ki, Azərbaycan dövləti, xalqı üçün böyük əhəmiyyətə malik olan bu zəfər günü regionda yeni düzənin meydana gəlməsinə səbəb oldu:

 

“Ötən əsrin əvvəllərindən yaranmış Ermənistan-Azərbaycan-Qarabağ münaqişəsinə birdəfəlik son qoyuldu. 200 ildən artıq Azərbaycana, regiona qarşı yönələn əsassız erməni iddialarına son qoyuldu. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməklə bırabər illərdir əsarətdə qalan torpaqları, şəhərləri, kəndləri xilas etdi. Azərbaycan xalqının bütün rayonlara səpələnmiş əhalisinin geriyə qayıtması, yaşaması üçün böyük şərait yaradıldı”.

 

Q.Hacıyev hesab edir ki, Azərbaycanın Ermənistan üzərində zəfəri region dövlətlərinə də bir dinclik gətirdi.

 

“İllərdir ermənilərin Türkiyəyə, Gürcüstana qarşı əsassız iddialarına son qoyuldu. Ordusu tamamilə darmadağın edilmiş, hərbi strukturu pozulmş bir ölkənin bundan sonra revanşizmlə məşğul olmaq imkanı azaldı. Ermənistan bundan sonra bölgədə sakit oturub öz quruculuq işləri ilə məşğul olarsa, bu, region, eləcə də özlərinə əhəmiyyətli inkişaf perspektivi yarada bilər”.

 

Q.Hacıyev qeryd edib ki, Ermənistanın əsassız idiaları üzərində yaratdığı münaqişə başqa türk dövlətlərini də narahat edirdi:

 

“Zəfər günü Türk Dünyası üçün böyük bir bayrama çevrildi. Bu münaqişədən əziyət çəkən dövlətlər, Azərbaycan türk dövlətlərinin təəssübkeşləri olan başqa türk millətləri də bu zəfər bayaramından sonra rahatlıq tapdı”.

 

Q.Hacıyev bildirib ki, Azərbaycan  öz torpaqlarında dağıdımış ərazilərini bərpa edəcək və bu, dövlət, region üçün əhəmiyyətli dövrün başlanğıcıdır. Tarixçi alim hesab edir ki, Zəfər günü bütövlükdə Şərq, Qərb dünyası üçün tarixi əhəmiyyətə malikdir:

 

“Ermənistanın vaxtilə işğal elədiyi Zəngəzur ərazisindən keçəcvək “Zəngəzur karidoru” açılacaqsa, bu, bütün Şərq, Qərb dövətlərinə xeyir gətirəcək. Bu, həm türk dövlətlərinin birliyinə böyük töhfədir, həm də Azərbaycan ərazilərinin Naxçıvanla birləşməsi üçün çox böyük tarixi prosesdir. Eyni zamanda Avropa-Asiya xalqlarının ticarət əlaqlərinin yaranması, region, dünya üçün də əhəmiyyətlidir”.

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq