ABŞ -ın strateji PLANI

16:18 09-11-2023 | icon 1065 | Geopolitika
ABŞ -ın strateji PLANI

Məhəmməd Əsədullazadə: "Qərblə Rusiya arasında nüfuz uğrunda savaş gedir"

 

"Çox təəssüf ki, ABŞ, Qərb koalisiyası Ukraynaya qırıcı təyyarələri və uzaqmənzilli raketləri verməkdə tələsmir. ABŞ nə Ukraynanın qalib gəlməsini, nə də Rusiyanın tamam məğlub olmasını istəmir. ABŞ -ın Ukrayna üzərindən yeni bir siyasi nizamın qurulması ilə bağlı strateji planı var. Ona görə də Rusiyanı zəiflədir".

 

Versus.Az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə Qərbin və ABŞ-ın Ukraynaya xəyanət etməsi ilə bağlı Qərbin aparıcı tədqiqat mərkəzlərində gedən məqalələr kontekstində bildirib.

 

M.Əsədullazadə bununla yanaşı ABŞ-ın Ukraynaya xəyanət etməsini, bu müharibənin Ukraynanın parçalanmasına aparacağını düşünmür. Onun fikrincə bu, Rusiyanın geosiyasi mövqelərinin güclənməsi, Avropa, Qərb NATO üzərində qələbə əldə etməsi ilə nəticələnə bilər:

 

"Bu da postsovet məkanənın bərpası ola bilər. Ona görə də Ukrayna müharibəsi uzun çəkir, Ukaraynanın lokal hücumları olsa da, ciddi nəticə vermir. Rusiya ciddi müdafiə sistemi qurub. Rusiya Müdafiə sənayesi müharibə qaydalarına uyğun yenidən formalaşıb.

Rusiya-Ukrayna müharibəsi geopolitik müharibədir. Qərblə Rusiya arasında nüfuz uğrunda savaş gedir. Rusiya əvvəlki statusunu qaytarmaq, Şarqi Avropanı, postsovet məkanını yenidən nəzarətə götürmək istəyir. Amma Qarb koalisiyası bunun qarşısını alır. Ona görə də Rusiya və Qərb Ukraynadad toqquşdu".

 

Ekspert eyni zamanda qeyd edib ki, Rusiyanın müdafiə ehkamları qurması heç də onun müdafiə sistemini gücləndirməsi anlamına gəlmir:

 

"Rusiya bu müharibədə daxildən də parçalanmaqdadır.  Biz yaxın zamanlarda bunun müəyyən nəticələrinin şahidi olacağıq".

 

SEVDA
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq