Zəfərimiz Xankəndidə keçirilən paradla möhürləndi

13:01 13-11-2023 | icon 440 | Siyasət
Zəfərimiz Xankəndidə keçirilən paradla möhürləndi

Könül İsmayılova: “Hər cümlədə bir mesaj, hər mesajda bir tələb, hər tələbdə bir ədalət!”

 

“100 il sonra Xankəndi yenidən öz adına qovuşdu. 100 il sonra Xankəndidə ilk dəfə Müstəqil Azərbaycanın Zəfər Günü qeyd edildi. 100 il sonra dünya gördü ki, ermənilərin stepanakert adlandırdığı bu ərazinin əsl adı Xankəndiymiş və əsl sahibi də Azərbaycandır”.

 

Versus.Az xəbər verir ki, bunu Nizami rayon İcra Hakimiyyətinin məsul işçisi, Müasir Müsavat Partiyasının Siyasi Şura və İdarə Heyətinin üzvü Könül İsmayılova Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi paraddakı çıxışını şərh edərkən bildirib.

 

Könül İsmayılova qeyd edib ki, Azərbaycan İkinci Qarabağ savaşında Ermənistan-Azərbaycan müharibəsinə qələbə ilə son qoydu. Onun sözlərinə göeə, bu qələbənin möhürü noyabrın 8-də Xankəndidə keçirilən paradla vuruldu:

 

“Vətən müharibəsində əldə edilən Zəfərin Xankəndidə üçüncü ildönümünə həsr olunan hərbi paradında çıxış edən cənab Prezidentin hər kəlməsi bir yumruq kimi hədəfə dəydi. Hər cümlədə bir mesaj, hər mesajda bir tələb, hər tələbdə bir ədalət vardı”.

 

Üç il bundan əvvəl dünyanın deyil, məhz Azərbaycanın öz ədaləti ilə İkinci Qarabağ müharibəsinin dövlətimizin tam Zəfəri ilə nəticələndiyini deyən K.İsmayılova vurğuladı ki, gözəl Şuşamız işğalçılardan, vandal ermənilərdən azad edildi və bunun ardınca düşmən ağ bayraq qaldırmaqla təslimçiliyini nümayiş etdirmiş oldu:

 

“Azərbaycan Prezidentinin xalqı, ictimaiyyəti birliyə çağırışına 2-3 qaraguruhçu təşkilatı çıxmaq şərtilə hər kəs, bütünlükdə Azərbaycan xalqı dəstəklədi. Məhz bu çağırış ətrafında cəm olmaqla düşmənin başını əzəcək yumruğumuzu əldə etdik. Milli həmrəylik qələbəmizin açarı idi. Və cənab Prezident bu açarla - xalqın ona olan inam və etimadı ilə Azərbaycan üçün verdiyi bütün sözləri yerinə yetirdi. Bu gün isə fəxr və qürurla görülən işlər barədə xalqımızı, dünya ictimaiyyətini məlumatlandırır. Cənab Prezident özü də çıxışlarında dönə-dönə vurğulayır ki, bu günü bizə bəxş edən müzəffər Silahlı Qüvvələrimizdir. Onlar düşmənləri bizim əzəli torpaqlarımızdan qovdular və bununla da böyük tarixi hadisəyə imza atdılar. 44 gün ərzində düşməni diz çökdürmək həqiqətən də bir qəhrəmanlıq dastanıdır”.

 

Nəhayətdə bu gün Azərbaycan-Ermənistan sərhədində vəziyyətin Azərbaycanın nəzarətində olduğunu bildirən siyasətçi xanım qeyd etdi ki, əgər rəsmi İrəvan Azərbaycanın sözünə baxsaydı, heç sentyabr ayında keçirilmiş antiterror tədbirinə də ehtiyac qalmazdı:

 

“Amma necə deyərlər, burunlarının ucundan o tərəfi görməyən ermənilər bizi bu əməliyyatı keçirməyə məcbur etdilər. Azərbaycan Ordusu qısa müddət ərzində o əməliyyatın taleyini həll etdi və düşmən ordusu təslim oldu. Bununla da Azərbaycan xalqı tarixi ədaləti bərpa etdi. Ölkə başçımızın da dediyi kimi, bizə yeni müharibə lazım deyil, biz istədiyimizə nail olduq, beynəlxalq hüququ bərpa etdik, tarixi ədaləti bərpa etdik, milli ləyaqətimizi bərpa etdik, düşmənə onun yerini göstərdik”.

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

Roza Zərgərlinin 12 min manatlıq TOYU

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR