Sənədlərlə bağlı rüsumlardan biri LƏĞV EDİLDİ

16:41 13-11-2023 | icon 1095 | Gündəm
Sənədlərlə bağlı rüsumlardan biri LƏĞV EDİLDİ

Azərbaycanda hüquqi və fiziki şəxslərə arxiv arayışlarının, arxiv sənədlərindən çıxarışların, arxiv sənədlərinin təsdiq olunmuş surətlərinin sürətləndirilmiş qaydada verilməsi üçün dövlət rüsumu ləğv edilib.

 

Versus.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin təsdiqlədiyi “Dövlət rüsumu haqqında” Qanuna dəyişiklik edilməsi barədə Qanunda göstərilib.

 

Yeni dəyişiklikdə adıçəkilən qanunun 2.0.21-ci, 33-3-cü və 33-4-cü maddələri ləğv edilib.

 

Qeyd edək ki, mövcud qanuna görə, Milli Arxiv İdarəsi tərəfindən hüquqi şəxslərə arxiv arayışlarının, arxiv sənədlərindən çıxarışların, arxiv sənədlərinin təsdiq olunmuş surətlərinin 3 iş günü ərzində verilməsinə görə 20 manat, 5 iş günü ərzində verilməsinə görə 10 manat rüsum hesablanırdı.

 

Bundan əlavə eyni xidmətlər fiziki şəxslərə 3 gün ərzində göstərildikdə 10 manat, 5 gün ərzində göstərildikdə isə 5 manat rüsum ödənilirdi. Daha uzun müddətə göstərilən xidmət üçün isə heç bir rüsum tələbi yoxdur.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İqtisadi tarazlıq nə zaman pozulur?

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Roza Zərgərlinin 12 min manatlıq TOYU

Mədəniyyət AFİŞASI

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

İsmayıl Osmanlı - 122