Saqqızın faydaları və zərərləri

09:45 16-11-2023 | icon 395 | Sağlamlıq
Saqqızın faydaları və zərərləri

Rusiyalı qastroenteroloq Natalya Belova saqqızın sağlamlığımıza ziyan və xeyrindən danışıb, sağlamlığa zərər vermədən saqqızı necə düzgün çeynəməyi izah edib.

 

Həkim saqqız çeynəməyin özlüyündə orqanizm üçün zərərli olmadığını, lakin bir neçə nüansı nəzərə almaq lazım olduğunu bildirib:

 

“Saqqız çeynənilməsi nəzarət altında olmalıdır. Çünki davamlı və intensiv çeynəmə çənə-temporal oynaqların həddən artıq dartılmasına, üz və başda ağrılara səbəb ola bilər. Bundan əlavə, şəkərli saqqızın həddindən artıq istehlakı kariyes və digər diş problemlərinə yol açır”.

 

Belova kariyes inkişaf riskini minimuma endirmək üçün şəkərsiz saqqız seçməyi məsləhət görüb:

 

“Saqqızı 20-30 dəqiqədən çox olmayaraq çeynəmək, daha sonra isə çənə oynaqlarının və əzələlərin rahatlaşması üçün təxminən bir saat fasilə vermək lazımdır. Ümumiyyətlə, əgər müntəzəm saqqız çeynəmirsinizsə, çənənizə əlavə gərginlik vermirsinizsə, şaqqısın sizin üçün, demək olar ki, təhlükəsi yoxdur”.

 

Qastroenteroloq saqqız çeynəməyin faydalarının olduğunu qeyd edib:

 

“Çeynəmə hərəkəti tüpürcək istehsalını stimullaşdırmağa kömək edir ki, bu da diş ətinizi və dişlərinizi bakteriya və turşu hücumlarından təbii şəkildə qorumağa kömək edir. Bundan əlavə, saqqız çeynəmək stress və narahatlıq səviyyələrini azaltmağa, həmçinin yaddaşı və konsentrasiyanı yaxşılaşdırmağa kömək edə bilər. Lakin saqqız seçimində diqqətli olmalı və ağız sağlamlığını qorumaq üçün müntəzəm şəkildə diş həkiminə baş çəkilməlidir”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq