Şuşada fəaliyyət göstərəcək avtobuslarla bağlı QƏRAR

16:00 16-11-2023 | icon 423 | Qarabağ
Şuşada fəaliyyət göstərəcək avtobuslarla bağlı QƏRAR

“Şuşa şəhərində kiçiktutumlu və elektrikli sərnişin avtobusları fəaliyyət göstərəcək”.

 

Bu barədə AZƏRTAC-a müsahibəsində Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov məlumat verib.

 

O bildirib ki, Şuşada daxili küçə və yol şəbəkəsinin yenidən qurulması layihəsi ilə paralel olaraq şəhərin ictimai nəqliyyat sisteminin təkmilləşdirilməsi də aparılacaq:

 

“Yol şəbəkəsinin qurulması ilə birlikdə ictimai nəqliyyat da fəaliyyətə başlayacaq. Şuşa şəhərinin qoruq olmasını və tarixi yol şəbəkəsini nəzərə alaraq onu deyə bilərəm ki, burada daha çox kiçiktutumlu və elektrikli sərnişin avtobusları fəaliyyət göstərəcək”.

 

A.Kərimov deyib ki, Şuşa şəhəri ərazisində mövcud olan su, qaz, işıq xətlərinin hamısı yerin və səkilərin altına keçiriləcək, küçələr tam yenidən qurulacaq:

 

“Ümumi uzunluğu 56 kilometr olan daxili küçə və yol şəbəkəsinin ilk 17 kilometrlik hissəsinin tikintisinə isə gələn il başlanılacaq. Bu yol mühəndis təminat xətləri ilə birlikdə tam yenidən qurulacaq”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İqtisadi tarazlıq nə zaman pozulur?

Ögey anadan ŞOK ƏMƏL

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Roza Zərgərlinin 12 min manatlıq TOYU

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR