"Azərbaycanı Qərbin maraqlarının icraçısına çevirmək istəyir"

16:49 16-11-2023 | icon 1147 | Geopolitika
"Azərbaycanı Qərbin maraqlarının icraçısına çevirmək istəyir"

Rəşad Bayramov: "ABŞ-ın Azərbaycanı hədələməsi heç bir çərçivəyə sığmır"

 

“ABŞ-ın bu təhdidlərinə təzyiq vasitəsi kimi baxmaq lazımdır. Rusiyanın Cənubi Qafqazdan sıxışdırılıb çıxarılmasını özü üçün prioritet elan edən ABŞ Ermənistandan sonra Azərbaycanı da özünə ram etmək istəyir”.

 

Versus.Az xəbərverir ki, bunu politoloq Rəşad Bayramov ABŞ-ın Azərbaycanı təhdid edən mesajları, İran üzərindən keçən yola qarşı çıxması və Azərbaycanı sanksiyalarla hədələməsi ilə bağlı şərhində bildirib.

 

Politoloq qeyd edib ki, ABŞ bu təzyiq yolu ilə Azərbaycanı Qərbin maraqlarının icraçısına çevirmək istəyir. ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O-Braynın sülh danışıqlarında inkişaf olmayanadək Azərbaycana birbaşa yardımı qadağa edən 907-ci düzəlişdən imtinanın müddətinin uzadılmayacağı ilə bağlı hədələri də bunun bariz sübutudur:

 

“Münaqişə tərəflərindən biri olan Ermənistana təhlükəsizlik yastığı vəd edən, ordusunun möhkəmləndirilməsinə yardım vədləri verən ABŞ-ın digər dövləti, yəni Azərbaycanı sanksiyalarla hədələməsi heç bir çərçivəyə sığmır. Əvvəla ona görə ki, regionda sülh təşəbbüsü ilə çıxış edən ölkə Azərbaycandır. Əgər ABŞ həqiqətən də sülh danışıqlarında inkişaf istəyirsə, onda Azərbaycan yox, Ermənistana təzyiq etməlidir. Digər bir tərəfdən, Ermənistandan fərqli olaraq Azərbaycanda Rusiyanın hərbi bazaları mövcud deyil, sülhməramlıların ərazilərimizi tərk etməsinə isə elə də çox vaxt qalmayıb. ABŞ unudur ki, Rusiya sülhməramlılarının ərazilərimizdə qalma müddətinin 20 il uzadılması təklifi ilə çıxış edən Ermənistan, bundan imtina edənsə Azərbaycan olub. Biz təbii olaraq ərazilərimizdə hər hansı xarici qüvvənin qalmasında maraqlı deyilik. Amma Qərbin səhv siyasəti, davamlı təzyiqləri bizi faktiki olaraq Rusiya ilə yaxınlaşdırır”.

 

R.Bayramov eyni zamanda qeyd edib ki, Azərbaycanın İran üzərindən keçən nəqiyyat dəhlizinin yolverilməz olduğunu deyən ABŞ rəsmiləri unudurlar ki, Azərbaycanı həmin yola məcbur qoyan da elə məhz özləridir:

 

"Əgər ABŞ və Ermənistanın Avropadakı digər havadarları zamanında Zəngəzur dəhlizinin açılması üçün Ermənistana təzyiq göstərsəydilər, o zaman bizim də İran üzərindən hər hansı yola ehtyacımız qalmazdı. Yaxud, əgər ABŞ həqiqətən də Rusiyanın Cənubi Qafqazı tərk etməsini istəyirsə bunun üçün ilk növbədə öz siyasətində düzəlişlər etməlidir. Başqa sözlə desək ilk növbədə sülh sazişinin bağlanması üçün Ermənistana təzyiq göstərməli və Zəngəzur dəhlizinin açılmasını təmin etməlidir. Sülh olacaqsa, ərazilərimizdə qalmağa can atan Rusiyanın da hər hansı bəhanəsi qalmayacaq. Amma, Ermənistanı bütün səviyyədə dəstəkləyərək Azərbaycana qarşı təhdid və hədə dilində danışmaq çıxış yolu deyil və bunun əks təsiri ola bilər”.

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İqtisadi tarazlıq nə zaman pozulur?

Tarixi dostluq və mehriban qonşuluq

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

Xocalıda insan qalıqları AŞKAR EDİLİB

MDU-da ustad dərsləri

Elmira Süleymanova dəfn olundu

Qərbi Azərbaycan İcmasından ABŞ Dövlət Departamentinə CAVAB

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Milli Məclisdən Avropa Parlamentinin qətnaməsinə ETİRAZ

Erməni lobbisi və onların havadarlarından TƏXRİBAT

Jurnalistlərə psixoloji təlim keçirilib

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

Erməni vəhşiliyinin NÖVBƏTİ İZİ