Çimərlikdə narıncı məxluq aşkar edilib

07:52 17-11-2023 | icon 651 | Maraqlı
Çimərlikdə narıncı məxluq aşkar edilib

Şotlandiyada çimərlikdə tapılan narıncı məxluq insanları təəccübləndirib.

 

Yerli sakinlər etiraf edirlər ki, daha əvvəl belə heyvan görməyiblər.

 

Şahidlərin dediyinə görə, narıncı məxluq balığa bənzəyir. O, uzun və sivri formaya malikdir, onun başa bənzəyən hissəsində ağ ləkələr var.

 

Məxluq Qreq Cenkinson və oğlu tərəfindən yerli çimərlikdə gəzərkən aşkar edilib.

 

“Oğlum mənə qışqıraraq dedi ki, “Bax, səkkizayaqlının ayağı!” Çünki uzaqdan o, məhz elə görünürdü”, - deyə kişi xatırlayır.

 

Qreq tapıntının şəklini çəkərək sosial şəbəkədə paylaşıb. Bu yolla o, izləyicilərin heyvanı müəyyən edə biləcəklərinə ümid edib.

 

“Yadplanetlilərin işğalını saymasaq, bunun nə olduğuna dair heç bir məlumatım yoxdur”, - deyə o paylaşdığı şəklin altında yazıb.

 

Böyük Britaniyanın dalğaların sahilə vurub çıxardığı balinakimilərin tədqiqi üzrə proqramın üzvü Rob Devill qeyd edib ki, bu, kiçik bir balinakimi sinfinə aid heyvanın parçalanmış qalıqları ola bilər, lakin bu, dəqiq deyil.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İqtisadi tarazlıq nə zaman pozulur?

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Roza Zərgərlinin 12 min manatlıq TOYU

Mədəniyyət AFİŞASI

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

İsmayıl Osmanlı - 122