Naftalanda müəmmalı hadisə

18:24 17-11-2023 | icon 499 | Hadisə
Naftalanda müəmmalı hadisə

Noyabrın 11-dən yoxa çıxan 27 yaşlı Fatimə Quliyevanın qayınanası Rəna Quliyeva gəlini haqqında Baku TV-nin yerli bürosuna danışıb.

 

O, gəlininin sonuncu dəfə bu ilin avqust ayında üç azyaşlı övladını evdə qoyaraq getdiyini bildirib. Qayınana gəlinin getmə səbəbini aralarında yaranan mütəmadi ailə münaqişəsi ilə əlaqələndirib:

 

“Onu çox istəmişəm. Əvvəl yaxşı idi. Sonra heç nədən evdə söz-söhbət yaradırdı. Bir az keçdi, gördüm ki, fikri tamam başqadır, bunu evdə məcbur saxlayıram. 15-20 gün gedib evlərində qalıb yenə gəlirdi. Uşaqlarına da baxmırdı, mən saxlayırdım. Yoldaşı da onu çox istəyirdi, hər şey alırdı”.

 

Qeyd edək ki, 27 yaşlı Ucar rayon Küçəkənd kənd sakini Fatimə Quliyeva Naftalan şəhərində itkin düşüb. O, noyabrın 11-də Naftalanda yaşayan valideynlərinin evindən çıxaraq bir daha geri qayıtmayıb.

 

İtkin düşən şəxsin əlamətləri belədir: boyu 155 sm, gözlərinin rəngi qəhvəyi, orta bədən quruluşludur. Evdən çıxarkən onun əynində qara rəngli hicab və əba olub.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

İqtisadi tarazlıq nə zaman pozulur?

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Tarixi dostluq və mehriban qonşuluq

Parlament seçkiləri bu tarixdə keçiriləcək

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Parlament seçkisi ilə bağlı daha bir ANONS

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

RAYS Azərbaycanda piratçılığa qarşı: Hamı ödəməli olacaq!

Xocalıda insan qalıqları AŞKAR EDİLİB

"Quru sərhədinin açılması ilə bağlı məqam hələ yetişməyib"

Elmira Süleymanova dəfn olundu

MDU-da ustad dərsləri

Qərbi Azərbaycan İcmasından ABŞ Dövlət Departamentinə CAVAB

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ