Bayrağın bir daha enməyəcəyinə söz verdilər

16:24 17-11-2023 | icon 290 | Cəmiyyət
Bayrağın bir daha enməyəcəyinə söz verdilər

Qasım Hacıyev: “Dirçəliş hərəkatından başlayan hadisələr sonradan Azadlıq mübarizəsinə çevrildi”

 

“Azərbaycanda xalq hərəkatının başladığı indiki Azadlıq meydanı adlanan Mərkəzi Meydanda minlərlə adamın toplaşdığı mitinq keçirildi. Yüzlərlə, minlərlə əhalinin bir çağırışı var idi: “Sovet hökuməti haqsızlığa son qoymalıdır, ermənilərin Azərbaycan torpaqlarına iddialarının qarşısını almaq üçün erməniləri yerində oturtmaq üçün qərar qəbul etməlidir”.

 

Versus.Az xəbər verir ki, bunu tarixçi alim Qasım Hacıyev 17 noyabr Dirçəliş Günü ilə bağlı açıqlamasında bildirib.

 

“17 noyabr Azərbaycan xalqının tarixinə Xalq Hərəktı kimi düşüb. Yəni 1988-ci ilə qədər olan dövr qurulmuş sovet hökumətinin hakimiyəti illəri idi. Bu dövrün tarixi haqqında son dövrlər tutarlı fikirlər söylənilib, kitablar məqalələr yazılıb. Amma bütün bunların nəticəsi olaraq onu demək olar ki, SSRİ kimi böyük dövlətin daxili böhranı xalqlara qarşı edilən laqeyd münasibətlər, xüsuslə müsəlmanlara qarşı ikili yanaşma xalqın səbr kasasını doldurmuşdu. Zəifləməkdə olan SSRİ-nin çox yerində nümayişlər, xalq hərəkatı baş qaldırdı. O cümlədən Gürcüstanda, Özbəkistanda, Pribaltika ölkələrində, Azərbaycanda da geniş vüsət aldı. Noyabrın 17-də başlayan mitinqlər 1988-ci ilin dekabr ayına qədər davam etdi. Nəhayət ki, SSRİ-nin dağılması, müstəqillik çağırışları başladı. 1990-cı ildə Naxçıvan Muxtar Sovet sosialist Respublikası adından “sovet socialist” sözünün çıxarılması tələbi qoyuldu. O vaxt ulu öndər orda rəhbərlik edirdi. O, eyni zamanda Azadlıq hərəkatının ilhamverici, məsləhətverici qüvvəsi idi. Azərbaycanın keçən əsrin əvvəllərində AXC-nin qaldırdığı üçrəngli bayraq Naxçıvan Ali Məclicində ortaya gətirildi, başlarının üzərinə qaldırdılar və bayrağın bir daha enməyəcəyinə söz verdilər”.

 

Tarixçi alim Dirçəliş hərəkatından başlayan bu hadisələrin sonra Azadlıq mübarizəsinə çevrildiyini, sonralar Dirçəlişin Qurtuluş günləri ilə əvəz olunduğunu qeyd edib:

 

“Dəfələrlə bu nümayişlər yatırılsa da, xalq hərəkatı vaxtaşırı davam etdi, nəhayət ki, 1991-ci ildə Konstitusiya aktı qəbul olundu, Azərbaycan müstəqil oldu. Bu yol xəritəsi ilə başlanan Azadlıq mübarizəsi Azərbaycanın müstəqil dövlətə çevrilməsinə səbəb oldu ki, bu gün də Azərbaycan bayrağı dünya bayraqları içərisində qürurla dalğalanır. Eyni zamanda Prezident İlham Əliyevin apardığı uğurlu siyasət həm bayrağımızı uca tutdu. O vaxt ulu öndərin torpaqlarımızın işğaldan azad olunması uğrunda başladığı siyasət cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildi. Nəticədə Azərbaycan öz torpaqlarını azad etdi və tarixə qızıl hərflərlə düşdü”.

 

LƏMAN
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İqtisadi tarazlıq nə zaman pozulur?

Tarixi dostluq və mehriban qonşuluq

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

Xocalıda insan qalıqları AŞKAR EDİLİB

MDU-da ustad dərsləri

Elmira Süleymanova dəfn olundu

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Milli Məclisdən Avropa Parlamentinin qətnaməsinə ETİRAZ

Erməni lobbisi və onların havadarlarından TƏXRİBAT

Jurnalistlərə psixoloji təlim keçirilib

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

Erməni vəhşiliyinin NÖVBƏTİ İZİ

Deputatlar 3 məsələyə görə TOPLAŞDI