Zelenski Rusiya ilə danışıqlar ehtimalına dair qərarını bildirdi

12:09 21-11-2023 | icon 436 | Dünya
Zelenski Rusiya ilə danışıqlar ehtimalına dair qərarını bildirdi

“Döyüş meydanında indi çətindir…”

 

Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin döyüş təmas xəttində çətin vəziyyətinə baxmayaraq, Rusiya ilə sülh danışıqlarına başlamaq ideyasını qəti şəkildə rədd edib.

 

“Döyüş meydanında indi çətindir? Bəli. Ancaq dostluq etmək və ya Rusiya ilə danışıqlar masasına oturmaq? Xeyr”, - deyə Zelenski “The Sun” qəzetinə müsahibəsində bildirib.

 

Ukrayna prezidenti hesab edir ki, Rusiya indi münaqişənin bitməsində maraqlı deyil, ona görə də “nəyin bahasına olursa-olsun” sülhün bağlanmasından danışmaq mümkünsüzdür.

 

Qeyd edək ki, daha əvvəl Amerika rəsmilərinə istinadən yayılan xəbərlərə görə, ABŞ və Avropa Rusiya ilə mümkün sülh danışıqları barədə Ukrayna ilə müzakirələr aparmağa başlayıb. Həmçinin kompromisin əldə edilməsi üçün Kiyevin nədən imtina etməli olduğu müzakirə mövzusudur. Amerika və Avropa rəsmiləri Moskva ilə sülh danışıqlarının mümkün nəticələri barədə Kiyevlə danışıblar. Bu söhbətlər zamanı Ukraynanın razılaşmanın əldə edilməsi üçün nədənsə imtina etməli olacağı məsələsi qaldırılıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

Roza Zərgərlinin 12 min manatlıq TOYU

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR