38 dişi ilə Ginnesin Rekordlar Kitabına düşüb

09:31 22-11-2023 | icon 454 | Maraqlı
38 dişi ilə Ginnesin Rekordlar Kitabına düşüb

Hindistan sakini dünyada ən çox dişə sahib qadın kimi qəbul edilərək, bu xüsusiyyəti sayəsində Ginnesin Rekordlar Kitabına düşüb.

 

Dünya rekordunu 26 yaşlı hindistanlı Kalpana Balan qırıb. Onun 38 dişi var ki, bu da əksər insanlardan 6 diş daha çoxdur: onun alt çənəsində əlavə 4 diş, yuxarı çənəsində isə əlavə 2 diş var.

 

Qızın ağzında əlavə dişlər onun gənc yaşlarında çıxmağa başlayıb. Bu proses ona heç bir ağrı verməsə də, valideynləri qızının həkimə müraciət etməsini və əlavə dişlərin çıxartdırmasını tövsiyə ediblər. Lakin bu prosedurdan qorxduğu üçün qız dişlərini saxlamağa qərar verib.

 

Kalpananın sözlərinə görə, onun əlavə dişləri ağrımasa da, yemək yeyərkən onu narahat edirlər.

 

Öz növbəsində rekordçunun diş həkimləri qeyd edirlər ki, bu son hədd deyil, çünki qadın gələcəkdə daha iki diş çıxaracaq.

 

“Ginnesin Rekordlar Kitabına düşdüyüm üçün xoşbəxtəm. Bu, həyatımın ən əsas nailiyyətidir”, - deyə Kalpana bildirib.

 

Kişilər arasında analoji rekord kanadalı Evano Melloneyə məxsusdur. Onun 41 dişi var.

 

Tibbdə əlavə dişlərin olması hiperdentiya və ya poliodontiya adlanır. Statistikaya görə, dünya əhalisinin 3,8%-nin bir və ya bir neçə əlavə dişləri var. Hiperdentiyanın dəqiq səbəbi bilinməsə də, dişlərin formalaşması prosesinin pozulmasının nəticəsi olduğu hesab olunur.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İqtisadi tarazlıq nə zaman pozulur?

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Roza Zərgərlinin 12 min manatlıq TOYU

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR