Bələdiyyə sədri inzibati məsuliyyətə CƏLB OLUNDU

19:53 22-11-2023 | icon 275 | Sosial
Bələdiyyə sədri inzibati məsuliyyətə CƏLB OLUNDU

Masallıda məişət tullantılarının qalaqlanmasına görə bələdiyyə sədri inzibati məsuliyyətə cəlb olunub.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsi (RPŞ) və Ekolgiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşlarının ətraf mühitin mühafizəsinin daha da gücləndirilməsi, sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə rayon ərazisində birgə keçirdikləri tədbirlər zamanı rayonun Eminli kəndinin ərazisində sənaye və məişət tullantılarının qalaqlanması halı aşkar olunub.

 

Aşkarlanmış halla bağlı ərazi üzrə bələdiyyənin sədri barəsində İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsilə inzibati tənbeh tədbiri tətbiq olunub.

 

Bundan əlavə, şöbə əməkdaşlarının qanunsuz ovun, mülki silahın saxlanması, daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri növbəti tədbirlər nəticəsində rayon sakini R.Rəhimovun Ərkivan qəsəbəsi ərazisində qanunsuz ov etməsi aşkarlanıb və barəsində qanunamüvafiq tədbirlər görülüb.

 

Keçirilən profilaktiki tədbirlər nəticəsində digər bir nəfər rayon sakini isə qanunsuz saxladığı ov silahını könüllü təhvil verib.

 

Bu istiqamətdə tədbirlər davam etdirilir.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq