Yod çatışmazlığının əsas əlamətləri

08:53 27-11-2023 | icon 319 | Sağlamlıq
Yod çatışmazlığının əsas əlamətləri

Rusiyalı həkim-kardioloq Anna Çuqunnikova yod çatışmazlığının əsas əlamətlərini açıqlayıb.

 

O, bildirib ki, orqanizmdə yod çatışmazlığının əsas göstəricilərindən biri zobun əmələ gəlməsi - qalxanabənzər vəzinin böyüməsidir:

 

“Əksər hallarda yüngül və orta dərəcəli yod çatışmazlığı şəraitində patoloji zob görünməz şəkildə əmələ gəlir və kiçik ölçülü olur. Şiddətli yod çatışmazlığı şəraitində isə zob nəhəng ölçülərə çata bilər, udma və tənəffüs çətinliyi, boyun nahiyəsində narahatlıq, səsdə dəyişiklik ilə müşayiət oluna bilər”.

 

Onun sözlərinə görə, uzunmüddətli yod çatışmazlığı tiroid hormonlarının istehsalının pozulması nəticəsində yaranan patologiyaların inkişafına gətirib çıxarır və sinir sisteminin funksiyalarının azalması, daimi yorğunluq hissi, yuxulu olma, yaddaşın, performansın və diqqətin azalması ilə nəticələnir.

 

Yod çatışmazlığı həmçinin zülalların, yağların və karbohidratların mübadiləsinin pozulmasına, ürək-damar sisteminin fəaliyyətinin pozulmasına (ürək döyüntülərinin artması və ya ləngiməsi, ürəyin işində fasilələrə, qan təzyiqinin dəyişməsinə, təngnəfəsliyə), reproduktiv disfunksiya, o cümlədən menstrual pozuntulara və hətta sonsuzluğa səbəb olur.

 

Həkim izah edib ki, hamilə qadınlar üçün yod səviyyəsinə nəzarət etmək xüsusilə vacibdir, çünki bu, təkcə onun sağlamlığına deyil, həm də gələcək uşağın inkişafına təsir göstərir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İqtisadi tarazlıq nə zaman pozulur?

Tarixi dostluq və mehriban qonşuluq

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

Xocalıda insan qalıqları AŞKAR EDİLİB

MDU-da ustad dərsləri

Elmira Süleymanova dəfn olundu

Qərbi Azərbaycan İcmasından ABŞ Dövlət Departamentinə CAVAB

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Gədəbəydə DƏHŞƏT

Milli Məclisdən Avropa Parlamentinin qətnaməsinə ETİRAZ

Bakının məşhur məktəbi təmirə bağlanır

Erməni lobbisi və onların havadarlarından TƏXRİBAT

Müsabiqənin qalibinə 10 000 dollar veriləcək