SPECA həftəsinə Azərbaycanın ev sahibliyi etməsi nədən xəbər verir?

11:37 27-11-2023 | icon 459 | Siyasət
SPECA həftəsinə Azərbaycanın ev sahibliyi etməsi nədən xəbər verir?

Könül İsmayılova: “Bu, cənab İlham Əliyevin qlobal müstəvidə qələbəsidir”

 

“Azərbaycanın Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün BMT-nin Xüsusi Proqramı – SPECA həftəsinə ev sahibliyi etməsi ölkəmiz üçün xüsusi önəm daşıyır. 25-ci ildönümündə Bakı Zirvəsi görüşünü indiki mürəkkəb geosiyasi situasiyada Azərbaycanın və şəxsən cənab İlham Əliyevin qlobal müstəvidə qələbəsi hesab edirəm”.

 

Versus.Az xəbər verir ki, bunu Nizami rayon İcra Hakimiyyətinin məsul işçisi, Müasir Müsavat Partiyasının Siyasi Şura və İdarə Heyətinin üzvü Könül İsmayılova SPECA həftəsinin Bakı Zirvə görüşü və əhəmiyyəti ilə bağlı açıqlamasında bildirib.

 

 

Könül İsmayılova qeyd edib ki, istər ənənəvi karbohidrogen ehtiyatları, istər uran ehtiyatları, istər alternativ enerji mənbələri baxımdan, habelə Şərqlə Qərb arasında kommunikasiya, təhlükəsiz ticari və nəqliyyat imkanları baxımdan proqrama üzv dövlətlər - Azərbaycan, Qazaxıstan, Tacikistan, Qırğızıstan, Türkmənistan və Özbəkistanın ayrı-ayrılıqda önəm və çəkiləri getdikcə artmaqdadır:

 

“Xüsusən Azərbaycanın Cənubi Qafqazda formalaşdırdığı yeni konfiqurasiya daha geniş perspektivlər vəd edir. Azərbaycan ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh şəraitində yaşamağı və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərməyi ali niyyət kimi bəyan etsə də, başqa dövlətlərlə münasibətlərini hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarında nəzərdə tutulan prinsiplər əsasında qurmağın tərəfdarı olsa da, bu gün bir sıra qlobal subyektlər özlərinin qeyri-hüquqi və ədalətsiz mövqelərinin müdafiəsi üçün beynəlxalq normaları ikinci plana keçirməkdə israrlıdır. ABŞ, Fransa, Kanada və sair kimi dövlətlərin öz niyyətlərini realizə etməsi üçün münaqişə ocaqları, separatizm yuvalarının mövcudluğu şərtdir. Vətən müharibəsində qələbəsi, antiterror təbirləri ilə isə separatizmə son qoymaqla Azərbaycanın yaratdığı yeni reallıqlar bu mənada həmin subyektlərin çirkin maraqlarına zidd idi. İstər Fransa, istər Avropa İttifaqının ayrı-ayrı strukturları, o cümlədən ABŞ-dən Azərbaycana münasibətdə təzyiqlərin şahidiyik”.

 

K.İsmayılovun sözlərinə görə, bütün bunlara baxmayaraq, prezident İlham Əliyev elə geosiyasi konfiqurasiya formalaşdırıb ki, əksinə, Azərbaycanla qlobal və regional müstəvidə qarşı-qarşıya gəlmək, həmin dövlət və subyektlərin özlərinin maraqlarına zidd situasiyaya çevrilir:

 

“Cənab İlham Əliyevin sədrliyi ilə SPECA-nın Zirvə görüşünün təşkil edilməsi üzv dövlətlərin birinci şəxs qismində, üzv olmayan bəzi ölkələrin rəhbərlərinin fəxri qonaq qismində tədbirə təşrifi, habelə çoxsaylı qlobal təsisatların rəhbərlərinin və nüfuzlu xadimlərinin iştirakı mövcud təzyiq cəhdləri fonunda Azərbaycanın nəinki zəifləmədiyi, əksinə, mövqelərini qətiyyətlə gücləndirdiyini ortaya qoydu. Ölkə başçımız bir daha əməli olaraq göstərdi ki, Azərbaycan Qərb imperializminə yox, əksinə, Qərb Azərbaycana və Mərkəzi Asiyaya möhtacdır”.

 

LƏMAN
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq