“Napoleon” filminin premyeradan öncə NÜMAYİŞİ

11:59 27-11-2023 | icon 768 | Film
“Napoleon” filminin premyeradan öncə NÜMAYİŞİ

Bakı, 27 noyabr: “28 Mall” TM-də yerləşən “CinemaPlus” premium kinoteatrında Fransa imperatoru “Napoleon” haqqında bioqrafik filmin premyera öncəsi nümayişi keçirilib.

 
 
Versus.Az xəbər verir ki, İmperator Napoleon Bonapartın həyatından bəhs edən tarixi dramın rejissoru Ridli Skottdur. Baş rolu təkrarolunmaz Xoakin Feniks oynayır.
 
 
Filmin ssenarisini Devid Skarpa, musiqisini Martin Fipps yazıb.
 
 
Filmdə böyük komandirin hakimiyyətə gəlməsi, onun sevgilisi imperatriça Jozefina ilə münasibəti, Vanessa Kirbi və Tahar Rəhimin inqilabçı Paul Barras rolunu canlandırdıqları xronikadan bəhs edilir.
 
 
Film Bonapartın yeganə əsl sevgisi Jozefina ilə qeyri-sabit münasibəti və onu hakimiyyətə aparan çətin yolunun hekayəsi haqqındadır. Jozefina rolunu Vanessa Kirbi, Tahar Rəhimin inqilabçı rolunu isə Paul Barras canlandırıblar.
 
 
Tədbir günü kinoteatrda xüsusi ab-hava var idi. Çiçəklər, çilçıraqlar, şamlar və instrumental trio ilə qızıl tağlar XIX-cu əsrin Fransız dövrünün üslubunu yaratdı.
 
 
Şirniyyat və Napoleon tortları gecəyə bayram əhval-ruhiyyəsi bəxş edib. Girişdə qonaqları Napoleonun özünün kospleyi və gözəl xanımlara gül paylayan ağ mələk qarşılayıb. Tədbirin əyləncəli hissəsi Aleksandr Barkovun rəhbərliyində olan “ASgarden”-in Vals rəqsi ilə başa çatıb.
 
 
Nümayişə şou-biznes ulduzları, tanınmış jurnalistlər, blogerlər və iri təşkilatların sahibkarları dəvət olunub.
Tədbirin təşkilində Brand Media Groups, “Orli” event şirkəti, “MADO” restoranı, foto və video “Light in Black” kreativ şirkəti, “Janna”dan şirniyyat məmulatı və “7 Gül” gül butiki dəstək göstəriblər.
 

Noyabrın 23-dən etibarən “CinemaPlus” kinoteatrlar şəbəkəsində ən çox gözlənilən filmlərdən biri 3 dildə: rus, ingilis və türk dillərində nümayiş etdirilir. Həmçinin, “Napoleon” filminə Azərbaycanda ən son 4DX texnologiyası ilə Dəniz Mall-da yerləşən CinemaPlus-da baxmaq olar.
 
 










 
 
 
Ayəndə Dadaşova
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

İqtisadi tarazlıq nə zaman pozulur?

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Tarixi dostluq və mehriban qonşuluq

Parlament seçkiləri bu tarixdə keçiriləcək

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Parlament seçkisi ilə bağlı daha bir ANONS

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

RAYS Azərbaycanda piratçılığa qarşı: Hamı ödəməli olacaq!

Xocalıda insan qalıqları AŞKAR EDİLİB

"Quru sərhədinin açılması ilə bağlı məqam hələ yetişməyib"

MDU-da ustad dərsləri

Elmira Süleymanova dəfn olundu

Qərbi Azərbaycan İcmasından ABŞ Dövlət Departamentinə CAVAB

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ