"O deməkdir ki, bu qurumlarda iştirakımızı tamamilə dayandıracağıq"

15:35 02-02-2024 | icon 1057 | Siyasət
"O deməkdir ki, bu qurumlarda iştirakımızı tamamilə dayandıracağıq"

Mahir Abbaszadə: "Bu, daha çox Avropa Şurasının itkilər verməsinə səbəb olacaq”

 

“Azərbaycanla hədə-qorxu ilə danışmaq, ona yuxarıdan aşağıya baxmaq, ona diqtə ilə nəyisə qəbul etdirmək mümkün deyil. Çünki Azərbaycan qalib dövlətdir və Prezidentin rəhbərliyi ilə işğaldan azad etdiyimiz ölkələrdə bərpa işlərini həyata keçirməkdəyik. Artıq Azərbaycan özünün inkişaf xəttini tutub və bu yolda davam edir. Əgər Avropa Şurası Parlament Assambleyası müsbət qərar verməsə, Azərbaycan Avropa Şurasında, İnsan Haqları Məhkəməsində fəaliyyətini dayandıracaq”.

 

Versus.Az xəbər verir ki, bunu Milli Məclisin deputatı Mahir Abbaszadə Azərbaycan Prezidentinin Parlamentlərarası İttifaqın Baş katibini qəbul edərkən orada - "Azərbaycan nümayəndə heyətinin hüquqları bərpa olunmayacağı təqdirdə Avropa Şurası və Avropa İnsan Haqları Məhkəməsində iştirak məsələsinə yenidən baxılacaq” bəyanı ilə bağlı açıqlamasında bildirib.

 

M.Abbaszadə qeyd edib ki, Azərbaycan nümayəndə heyətinin AŞPA-da fəaliyyətinin məhdudlaşdırılması uzunmüddətli əlaqələrimizə rəğmən ölkəmizə qarşı yönələn məkirli planın bir hissəsidir. O, eyni zamanda bunu indiyə qədər Azərbaycanın apardığı müstəqil siyasəti, müharibədə qazandığı qələbəni, ərazi bütövlüyünü, sərhədlərinin qorunmasını qəbul etməyən, müstəqilliyinin bütün ərazilərində təmin edilməsini həzm etməyən qüvvələrin sonda əsl simasını büruzə çıxarmasıdır:


“Avropa Şurasında təmsil olunan bəzi dövlətlər bu gerçəkliyi qəbul etmədiyinə görə Azərbaycana qarşı məkirli addımlar atmaqda davam edir. Möhtərəm Prezident İlham Əliyevin öz çıxışında qeyd etdi ki, nümayəndə heyətimizə qarşı atılan bu addımlar heç də tərəfimizdən cavabsız qalmamalıdır. AŞPA-nın Azərbaycanla bağlı çıxardığı qərara yenidən baxılmalıdır. Əks halda Azərbaycan tərəfi Avropa Şurası, Avropa İnsan Haqları Məhkəməsində iştirak məsələsinə yenidən baxacaq. Bu da o deməkdir ki, həmin qurumlarda iştirakımızı tamamilə dayandıracağıq. Bu, daha çox Avropa Şurasının itkilər verməsinə səbəb olacaq”.

 

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

İqtisadi tarazlıq nə zaman pozulur?

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Tarixi dostluq və mehriban qonşuluq

Parlament seçkiləri bu tarixdə keçiriləcək

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Parlament seçkisi ilə bağlı daha bir ANONS

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

RAYS Azərbaycanda piratçılığa qarşı: Hamı ödəməli olacaq!

Xocalıda insan qalıqları AŞKAR EDİLİB

"Quru sərhədinin açılması ilə bağlı məqam hələ yetişməyib"

Elmira Süleymanova dəfn olundu

MDU-da ustad dərsləri

Qərbi Azərbaycan İcmasından ABŞ Dövlət Departamentinə CAVAB

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ