Zirvə görüşünün əhəmiyyəti

09:36 28-11-2023 | icon 1025 | Geopolitika
Zirvə görüşünün əhəmiyyəti

Əli Mustafa: “Çin, Rusiya, Qərb, Avropanın təzyiqləri bizi bir arada olmağa vadar edir”

 

“Yeni nəsl, yeni münasibətlər türk dövlətləri arasında əməkdaşlıqları genişləndirib. Biz inteqrasiyanı dərinləşdirməliyik. Türk dünyasını gücləndirməli, onu istər qərbdən, istər şərqdən gələn təhlükələrdən qorunacaq bir hala gətirməliyik”.

 

Versus.Az xəbər verir ki, bunu siyasi ekspert Əli Mustafa Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında iqtisadi əməkdaşlıqların SPECA proqramı çərçivəsində Bakıda keçrilən Zirvə görüşünün əhəmiyyəti ilə bağlı bildirib.

 

Ə.Mustafa qeyd edib ki, Azərbaycan və Mərkəzi Asiya ölkələrinin qarşılıqlı inteqrasiya prosesini, vahid geosiyasi, geoiqtisadi mədəni məkan kontekstində təhlilini aparsaq, bu proses son 5 ildə daha da sürətlənib. Çünki Orta Asiya ölkələri müstəqilləşir, dövlətlər arasındakı münasibətlər yeni mərhələyə keçir. Artıq bu ölkələr arasında daha müstəqil, rahat münasibətlər qurulur:

 

“Orta Asiya, Azərbaycan vahid iqtisadi məkanı təşkil edir. Eyni zamanda, yeni yaranan situasiya bizi iqtisadi, geosiyasi, mədəni tellərlə daha da bağlayır. Çin, Rusiya, Qərb, Avropanın təzyiqləri bizi bir arada olmağa vadar edir”.

 

Ekspert hesab edir ki, dünyadakı mövcud gərgin situasiya Azərbaycan üzərindən keçən nəqliyyat yollarını daha əlverişli edib:

 

“Bu baxımdan Azərbaycanın STECA proqramında olması xüsusi əhəmiyyətə malikdir. Çünki bu layihələr üzərindən inteqrasiya, eləcə də əməkdaşlıqların qurulması imkanları toparlanır. Ortaq bazar, ortaq maraqlar formalaşır və bu, ayrı-ayrı türk dövlətlərinin mərkəzləşməsi üçün əhəmiyyətli şərait yaradır. Bu baxımdan Türk Dövlətləri Təşkilatının mühüm əhəmiyyəti var. Ortaq siyasi, təhlükəszilik maraqlarının qorunması baxımdan bu təşkilatları əhəmiyyətli hesab edirəm. SPEKA bizə həm də Gürcüstanı, Əfqanıstanı, Macarıstanı da qazandırdı”.

 

TAHA
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq