Rusiyada miqrantların vəziyyəti daha da çətinləşir

09:45 29-11-2023 | icon 537 | Dünya
Rusiyada miqrantların vəziyyəti daha da çətinləşir

Sürücülük etməyə, pul köçürməyə qadağalar gəlir

 

Rusiya Daxili İşlər Nazirliyi qeyri-qanuni miqrantlar üçün bir sıra qadağalar və məhdudiyyətlər nəzərdə tutan nəzarətli qalma rejimi tətbiq etməyi təklif edir. Miqrantların həyatını çətinləşdirəcək yeni qanun layihəsinə onların avtomobil idarə etməsi, sürücülük vəsiqəsi alması və pul köçürməsinə aid qadağalar daxil edilib.

 

Nəzarətli qalma rejiminin Rusiyada qalmaq üçün qanuni hüququ olmayan miqrantlara tətbiq edilməsi təklif edilir, onların müvafiq reyestrə daxil edilməsi planlaşdırılır.

 

Reyestrə daxil edilmiş miqrantlar hüquqi şəxs və fərdi sahibkar kimi dövlət qeydiyyatından keçə, daşınmaz əmlakın qeydiyyatını apara, avtomobil ala, avtomobilini qeydiyyata sala və ya mülkiyyət hüququnu başqalarına verə bilməyəcək.

 

Bundan əlavə, qeyri-leqal mühacirlərin avtomobil idarə etmək hüququnun məhdudlaşdırılması nəzərdə tutulur. Onlar həmçinin sürücülük imtahanından keçə və sürücülük vəsiqəsini dəyişdirə bilməyəcəklər. Digər məhdudiyyətlər arasında bank hesabı açmaq, pul köçürmək də var. Həmçinin onlar ölkədə nikah bağlaya bilməyəcəklər.

 

Xatırladaq ki, bundan əvvəl Rusiyada miqrantlar üçün qanunların sərtləşdirildiyi barədə məlumat vermişdik. Belə ki, qaydalardan birinə görə, artıq vətəndaşlıq üçün təkcə nikah kifayət eləmir, mütləq uşaq da olmalıdır.

 

Həmçinin xəbər verilmişdi ki, Rusiyaya gedən miqrantlar aeroportlarda daktiloskopiyadan (barmaq izi) keçəcəklər və fotoları çəkiləcək.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İqtisadi tarazlıq nə zaman pozulur?

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Roza Zərgərlinin 12 min manatlıq TOYU

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR