Professordan XƏBƏRDARLIQ

11:54 29-11-2023 | icon 385 | Sağlamlıq
Professordan XƏBƏRDARLIQ

“Azərbaycanda donuz qripi yayıla bilər”

 

Böyük Britaniyada, Şimali Yorkşirdə ilk dəfə donuz qripinə yoluxma aşkar edilib. Bu barədə Britaniya Səhiyyə Təhlükəsizliyi Agentliyi (UKHSA) bildirib. Məlumatda qeyd olunub ki, virus aşkar edilən şəxsin donuzlarla heç bir təması olmayıb.

 

Maraqlıdır, bu virusun digər ölkələrə yayılma ehtimalı nə qədərdir? Azərbaycan üçün təhlükə ola bilərmi?

 

Professor Adil Qeybulla mövzu ilə bağlı Bizim.media-ya danışıb. O qeyd edib ki, donuz qripinin ölkəmizə gəlmə ehtimalı var:

 

“Çünki Britaniya və Azərbaycan arasında mütəmadi gediş-gəliş mövcuddur, əlaqələrimiz çox genişdir. Xəstəliyin inkubasiya dövründə yoluxan şəxs Azərbaycana gəlib, yaya bilər. Bu virusla bağlı Səhiyyə Nazirliyi tərəfindən qrip vaksini gətirilib. Məsləhətdir ki, bu vaksini vurduraq. Xüsusilə, koronavirusu ağır keçirənlər, yanaşı xəstəliyi olanlara bu peyvənd mütləq lazımdır. Çünki donuz qripinin gedişi də nisbətən ağırdır. Hesab edirəm ki, profilaktik tədbirlər indidən görülsə, yaxşı olar”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

İqtisadi tarazlıq nə zaman pozulur?

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Tarixi dostluq və mehriban qonşuluq

Parlament seçkiləri bu tarixdə keçiriləcək

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Parlament seçkisi ilə bağlı daha bir ANONS

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

RAYS Azərbaycanda piratçılığa qarşı: Hamı ödəməli olacaq!

Xocalıda insan qalıqları AŞKAR EDİLİB

"Quru sərhədinin açılması ilə bağlı məqam hələ yetişməyib"

Elmira Süleymanova dəfn olundu

MDU-da ustad dərsləri

Qərbi Azərbaycan İcmasından ABŞ Dövlət Departamentinə CAVAB

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ